Nigah üçün müayinədən keçən 7 min gəncdə ciddi xəstəlik aşkarlanıb – SOS
Tarix: 07-04-2016 15:52 | Bölmə: Cəmiyyət


Mart ayında nikaha daxil olmaq istəyən 10 min nəfər tibbi müayinədən keçib. Onların 293 nəfərində talassemiya daşıyıcılığı aşkar edilib.
Reyting.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
O qeyd edib ki, mart ayında nikah üçün tibbi arayışdan keçən 3 nəfərdə QİCS, 35 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

"2015-ci ilin iyun ayının 1-dən bu ilin mart ayınadək kimi nikaha daxil olmaq üçün 117 500 nəfər qan müayinəsindən keçib. Onlardan 6 min 521 nəfərində talassemiya daşıyıcılığı, 74 nəfərdə QİCS, 363 nəfərdə sifilis xəstəliyi aşkar edilib”.

Z.Əlimirzəyeva vurğulayıb ki, 50 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb.
"Bunlardan bizdə olan məlumata görə, yalnız 5-6 cütlük nikahdan imtina edib, evlənməyib. Qalanları isə evləniblər. Bunlar arasında hamiləlik müşahidə olunan cütlüklər Mərkəzə müraciət ediblər. Onlar prenetal müayinəyə göndərilib. Bizdə hələ dəqiq cavab yoxdur. Yalnız 1 nəfərin hamiləliyi öz istəyi ilə uşaq xəstə olduğundan pozulub. 1 cütlükdə isə uşaq talassemiya daşıyıcılığı aşkarlanıb və hamiləlik davam edir. Digərləri isə müayinə mərhələsindədir”.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}