Təhsil naziri yeni dərs ilinə aid tədris planını təsdiqləyib
Tarix: 25-07-2018 18:50 | Bölmə: Cəmiyyət
Təhsil naziri yeni dərs ilinə aid tədris planını təsdiqləyib

Təhsil naziri Ceyhun Bayramov “Ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarının təsdiqi haqqında” əmr imzalayıb.

Reyting.az
-ın məlumatına görə, nazirin əmrinə müvafiq olaraq, 2018-2019-cu dərs ilində də ümumtəhsil məktəbinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

Dərs ili iki yarımilə bölünəcək:

birinci yarımil - 15 sentyabr - 26 yanvar;

ikinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

5 gün payız tətili (16-20 noyabr);

5 gün qış tətili (27-31 yanvar);

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}