Etibar Pirverdiyevin həbsi tələb olunur
Tarix: 05-09-2018 15:01 | Bölmə: Cəmiyyət
Etibar Pirverdiyevin həbsi tələb olunur

"Prezident ölkədə baş verən prosesləri dərindən analiz edir və görür ki, bəzi məmurlar vəziyyəti gərginləşdirirlər. Ona uyğun olaraq da, qəti qərarlar verir. Etibar Pirverdiyevlə bağlı qərar da bu qəbildəndir”.

Reyting.az
xəbər verir ki, bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Hafiz Hacıyev qeyd edib ki, Etibar Pirverdiyevi işdən çıxarmaq azdır, o, həbs edilməlidir:

"Onun səriştəsizliyi Prezidenti, hakimiyyəti çətin duruma saldı, ölkəyə milyonlarla ziyan dəydi. O, buna görə cavab verməlidir.

Prezident ölkənin inkişafına çalışır, bu inkişafın daha da yüksələcəyini bəyan edir. Etibar Pirverdiyev isə elə bir addım atdı ki, bütün bunların üzərindən xətt çəkildi. Hesab edirəm ki, o, həbs edilməlidir. Nəinki Etibar Pirverdiyev, hakimiyyətdəki bütün xəyanətkar məmurları həbs etmək lazımdır”.

Etibar Pirverdiyevin həbsi tələb olunur

H. Hacıyev bildirib ki, bəzi məmurlar xalqla təmas qura bilmir, bir balaca kənara düşən kimi Prezidentin əleyhinə danışırlar: “Amma hər şeyi bir nəfərin üstünə də atmaq olmaz. Bəs bu komanda nəyə lazımdır? Hamısının fikri odur ki, xalqla Prezident arasında uçurum yaransın”.

MMP sədri baş nazirin müavini, keçmiş mer Hacıbala Abutalıbovla bağlı da fikirlər səsləndirib. Onun sözlərinə görə, Abutalıbovun Bakı meri olduğu dönəmdə yaratdığı problemləri hələ də həll etmək olmur:

"Yeni rəhbərlik Hacıbalanın sərəncamlarını qanunsuz sayır və sahibkarların obyektlərini, camaatın evini sökməyə başlayıb. Hacıbala niyə buna görə cavab vermir?

"Qaçqınkom”un keçmiş sədrinin hər blokda evi var. Görün, yeni sədr ortaya nələr çıxarıb... İndi o, niyə baş nazirin müavini olmalıdır? Hakimiyyətdəki bu məmurlar xalqı o qədər narazı salıblar ki, camaatın ah-naləsi ərşə qalxıb”.

Pariya sədri onu da nəzərə çatdırıb ki, Prezident sərt tədbirlərə başlayan kimi həmin o xəyanətkar qruplar xaricdəki adamları vasitəsiylə hakimiyyətə qarşı kampaniyaya başlayırlar:

"Ona görə də hesab edirəm ki, Prezident bunlardan nə qədər tez qurtulsa, daha yaxşı olar. Yalnız bundan sonra ölkədə islahatlar başlayar, xalqın rifahı yaxşılaşar. 16 manat pensiya alan adam necə firavan yaşaya bilər? O nazirlərin nəvələri 160 manatı heç cibxərcliyi kimi də götürmürlər. Bax, bu ədalətsizliyi aradan qaldırmaq lazımdır. Biz bu mübarizədə Prezident İlham Əliyevin yanında olacağıq. Bütün təzyiqlərə baxmayaraq, bu yoldan çəkilməyəcəyik, xəyanətkarların axırına çıxacağıq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}