Etimad İsmayılovun nəşi Bakıya gətirilib - Fotolar
Tarix: 21-09-2018 01:15 | Bölmə: Cəmiyyət
Etimad İsmayılovun nəşi Bakıya gətirilib

Azərbaycanın sabiq baş prokuroru və keçmiş ədliyyə naziri İlyas İsmayılovun Türkiyədə qətlə yetirilən oğlu Etimad İsmayılovun nəşi Bakıya gətirilib.

Türkiyədə bizneslə məşğul olan iş adamı E. İsmayılovun nəşini gətirən təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında eniş edib.

Cənazəni mərhumun atası İlyas İsmayılov və digər yaxınları, ümumilikdə 50-yə yaxın şəxs qarşılayıb.

E. İsmayılovun yaxınlarının iştirakı ilə onun nəşi atasının Nardaran qəsəbəsində yerləşən bağ evinə aparılıb.

Onu başından 2 dəfə, ürəyindən 1 dəfə güllələyərək qətlə yetirməkdə şübhəli bilinən Gözəl Dəmirov saxlanılıb. G. Dəmirov da azərbaycanlıdır və 90-cı illərin əvvəllərində Daxili İşlər Nazirliyində İdarə rəisi işləyib, ehtiyatda olan polkovnikdir. Onun E. İsmayılovla biznes əlaqəsi olub və hadisənin də pula görə baş verdiyi bildirilir.

Qeyd edək ki, E. İsmayılovun teleaparıcı Sevil Nuriyeva ilə evliliyindən bir azyaşlı oğlu var.(Qafqazinfo)

Etimad İsmayılovun nəşi Bakıya gətirilib
Etimad İsmayılovun nəşi Bakıya gətirilib
Etimad İsmayılovun nəşi Bakıya gətirilib
Etimad İsmayılovun nəşi Bakıya gətirilib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}