Əfqanıstanda parlament seçkiləri keçirilir
Tarix: 20-10-2018 11:49 | Bölmə: Dünya
Əfqanıstanda parlament seçkiləri keçirilir

Əfqanıstanda seçicilər “Taliban”ın təhdidləri səbəbindən ciddi təhlükəsizlik şəraitində seçki məntəqələrinə gəlir, öz namizədlərinə səs verirlər.

Reyting.az xəbər verir ki, Əfqanıstan parlamentindəki 250 deputat mandatı uğrunda 2500-dən çox namizəd mübarizə aparır.

Seçkilərə qədər 10 namizəd öldürüldüyündən təhlükəsizlik baxımından ölkədə seçki məntəqələrinin 30 faizindən çoxu bağlıdır.

Məlumata görə, Kandahar əyalətində seçkilər yerli polisin rəhbəri öldürüldüyü üçün təxirə salınıb.

Qen Abdul Razik həftənin cümə axşamı günü saxta cangüdəni tərəfindən güllələnib. Cinayətə görə məsuliyyəti “Taliban” üzərinə götürüb.

Xatırladaq ki, Əfqanıstanda seçkiqabağı yarış zamanı deputatlığa namizədlər, eləcə də ölkənin rəsmi şəxsləri öldürülüb, terror aktları törədilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}