İsrail Qəzzada məktəbi bombalayıb - 2-si uşaq olmaqla 4 nəfər ölüb
Tarix: 18-04-2024 00:15 | Bölmə: Dünya
İsrail Qəzzada məktəbi bombalayıb - 2-si uşaq olmaqla 4 nəfər ölüb

İsrail ordusunun Qəzza zolağında mülki şəxslərin sığındığı məktəbi bombalayıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, Əl-Şati Qaçqınlar Düşərgəsində sığınacaq mərkəzi kimi istifadə edilən Şuheybir məktəbini vurulması nəticəsində 2-si uşaq olmaqla 4 mülki vətəndaş həyatını itirib, yaralılar var.

Xatırladaq ki, 7 oktyabrdan bəri Qəzza zolağında ən az 14 min 500-ü uşaq, 9 min 560-ı qadın olmaqla 33 min 899 fələstinli həlak olub, 77 minə yaxın isə yaralanıb.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}