Çində 50 minə yaxın adam mitinq keçirir - Səbəb
Tarix: 20-10-2018 18:34 | Bölmə: Dünya
Çində 50 minə yaxın adam mitinq keçirir

Çinin Taybey şəhərində Tayvanın Çin Xalq Respublikasından müstəqilliyinin tərəfdarları mitinq keçirir.

Reyting.az-ın verdiyi xəbərə görə, nümayişçilər adada öz müqəddəratını təyinetmə məsələsinə dair referendum keçirilməsinə çağırış edirlər.

50 minə yaxın adam onların fikrincə, Pekin tərəfindən təhlükələrin artması ilə bağlı narahatlığını bildirmək üçün hakim Demokratik mütərəqqi partiyasının mənzil-qərargahının qarşısına toplaşıb.

Taybey Pekinin təzyiqi altında 2018-ci ildə üç müttəfiqini itirib – Burkina-Faso, Dominikan Respublikası və Salvador onunla rəsmi əlaqələri kəsib. Nəticədə Tayvanın suverenliyini tanıyan yalnız 17 dövlət qalıb.

Pekin Tayvan üzərində nəzarətini 1949-cu il vətəndaş müharibəsi başa çatandan sonra itirib, lakin ada ilə son birləşməyə nail olmasını davam etdirir.

2008-ci ildən 2016-cı ilədək, Qomindan partiyasının idarəçiliyi zamanı Tayvan boğazının fərqli sahilləri arasında münasibətlər istiləşib.

Lakin 2016-cı ilin may ayınnda Demokratik mütərəqqi partiyası Tsay İnvenin rəhbərliyi ilə hakimiyyətə qayıdandan sonra yenidən ciddi problemlər yaranıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}