Baş qərargah rəisləri detalları açıqlamaq istəmir
Tarix: 05-01-2019 10:38 | Bölmə: Dünya
Baş qərargah rəisləri detalları açıqlamaq istəmir

ABŞ-ın Baş Qərargah rəisi Cozef Danfordla Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov arasında telefon danışığı olub.

Bu barədə ABŞ Birləşmiş Qərargahlar Komitəsinin rəsmi nümayəndəsi Patrik Rayder məlumat yayıb. Onun sözlərinə görə, generallar Suriyada ABŞ və Rusiya hərbçiləri arasında əməliyyatlar zamanı konfliktli situasiyanın qarşısının alınmasını müzakirə ediblər.

Görüşdən sonra tərəflər müzakirə etdikləri məsələlərin detalları barədə məlumat verməkdən imtina ediblər.

Rusiya Müdafiə Nazirliyi də analoji bəyanatla çıxış edib. Rəsmi Moskva tərəflər arasında Suriyadakı situasiyanın və terrorizmlə mübarizənin müzakirə edildiyini bildirib.(Virtualaz.org)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}