Prezidentin qərarı öz əleyhinə işləyir
Tarix: 23-01-2019 19:55 | Bölmə: Dünya
Prezidentin qərarı öz əleyhinə işləyir

Meksika ilə sərhəddə səddin tikintisinə dair Konqreslə yaranan fikir ayrılığı səbəbindən federal hökumətin işinin dayandırılmasına (“shutdown”) səbəb olan büdcə böhranı ABŞ prezidenti Donald Trampın nüfuzuna zərbə vurub.

Reyting.az
xəbər verir ki, “Politico” qəzetinin apardığı sorğunun nəticəsinə görə, bu problem Trampı dəstəkləyənləri 40 faizə qədər azaldıb.

Belə ki, sorğuda iştirak edən ABŞ vətəndaşlarının 57 faizi Amerika liderinin büdcə böhranından çıxmaq üçün göstərdiyi fəaliyyətlə razı deyil. Bununla yanaşı, rəyi soruşulan Respublikaçılar Partiyası tərəfdarlarının 86 faizi Ağ evin rəhbərini dəstəkləyir. Demokratlar Partiyasının eyni sayda tərəfdarı isə büdcə böhranına görə Trampı ittiham edirlər.

Sorğu zamanı həm də məlum olub ki, heç bir partiyanı dəstəkləməyən respondentlərin 60 faizi də ABŞ liderinin siyasətini bəyənmir.

Məlumata görə, sorğu yanvarın 18-dən 22-dək 1996 amerikalı arasında aparılıb.

Maliyyə vəsaiti ayrılmadığı üçün dekabrın 22-də ABŞ-da federal hökumətin işi qismən dayanıb. Buna Tramp və “Respublikaçılar”ın Meksika ilə sərhəddə səddin tikintisinə lazım olan 5 milyard dollar vəsaitin büdcəyə daxil edilməsi cəhdləri səbəb olub. Birləşmiş Ştatlar Konqresinin nümayəndələr palatasına nəzarət edən “Demokratlar” isə öz növbəsində federal xəzinədən səddin tikintisinə vəsait ayrılmasına yol verməyəcəklərini bildiriblər.

Xatırladaq ki, ABŞ-da bu cür büdcə böhranları əvvəllər də baş verib. Lakin hazırki böhran daha uzun sürüb.

“Respublikaçılar”la “Demokratlar”ın bir-birinə güzəştə gedəcəyi perspektivi isə hələlik inandırıcı görünmür. Artıq doqquz nazirlik, həmçinin bəzi iri dövlət müəssisələri maliyyəsiz qalıb. Ümumilikdə isə “shutdown” hökumət orqanlarının 25 faizinə təsir edib.

Qeyd edək ki, Donald Trampın əleyhinə Nümayəndələr Məclisində qanun layihəsi qəbul edilib. Trampın NATO-dan ayrılmaq istəyinə qarşı çıxan Konqres onun NATO-dan çıxmaq barədə qərar verməsini əngəlləyən qanun layihəsini 357 səslə qəbul edib.
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
19-03-2019, 17:17 Nazarbayev istefaya getdi

{sape_links}{sape_article}