Nüvə obyektlərinin yoxlanılmasına razılıq verilib
Tarix: 13-02-2019 09:09 | Bölmə: Dünya
Nüvə obyektlərinin yoxlanılmasına razılıq verilib

Koreya Xalq Demokratik Respublikası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri tərəfindən özünün nüvə obyektlərinin yoxlanılmasına razılıq verib.

"İnterfax" xəbər verir ki, bu haqda "The Korea Times" qəzeti məlumat yayıb.

"Pxenyanda ABŞ və Şimali Koreya nümayəndələrinin bu yaxınlarda keçirilmiş danışıqlarının gedişatında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinə Koreya Xalq Demokratik Respublikasının nüvəsizləşdirilməsi prosesinə nəzarət üçün bu ölkənin nüvə və raket poliqonlarına girişə icazə verilməsi ilə bağlı ilkin razılığa nail olunub", - deyə qəzet Cənubi Koreyadakı mənbəyə istinadən bildirir.

Mənbənin məlumatına görə, yoxlamaların müddətləri və keçirilmə yerləri ABŞ və Koreya Xalq Demokratik Respublikasının işçi səviyyədəki danışıqlarında müzakirə olunacaq. Rəsmi Pxenyan həmçinin müfəttişlərin təhlükəsizliyinə və yoxlamalara müdaxilə etməməklə bağlı zəmanət verib.

Onu da qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında növbəti görüş Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilə bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}