Makkeyn Putinlə Lavrovu təhqir edib
Tarix: 22-05-2017 13:54 | Bölmə: Dünya


ABŞ-ın məşhur senatoru Con Makkeyn Rusiya prezidenti Putini və XİN rəhbəri Sergey Lavrovu təhqir edib.

Makkeyn "Fox News Sunday” proqramına müsahibəsində kəskin ifadələr işlədib.

O, Rusiya XİN rəhbərinin prezident Trampla görüşünü şərh edərkən deyib ki, "Lavrovun Oval kabinetdə nə işi var?”.

Makkeyn Lavrovu "quldur və qatil” Putinin "marioentkası və təbliğatçısı” adlandırıb.

Senator Rusiya prezidentini Hələbdə xəstəxananı bombalamaqda ittiham edib.

Qatı anti–Putinçi olan senator Makkeyn əvvələr də bu mövqeyini ifadə edən açıqlamalar verib.(Strateq.az)

 

 





Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}