Ermənistanın qərarı Rusiyanı qəzəbləndirib
Tarix: 27-12-2017 14:20 | Bölmə: Dünya
Ermənistanın qərarı Rusiyanı qəzəbləndirib

“Biz müttəfiqlərimizi seçim qarşısında qoymuruq”.

Bunu “Kommersant” qəzetinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavininin katibi Qriqori Karasin söyləyib.

“Müttəfiqlərimiz və qonşularımıza humanist yanaşırıq. Onların öz həyatlarını və xarici siyasətlərini seçmək şansları var. Bizim qonşularımız suveren dövlətlərdir. Bu, KTMT və Avrasiya İttifaqındakı müttəfiqlərimizə də aiddir. Biz heç vaxt qonşularımızı seçim qarşısında qoymamışıq, amma hər zaman müttəfiqlik münasibətlərinin prioritet olmasını tələb etmişik. Şərq Tərəfdaşlığı çərçivəsində imzalanan razılaşmalar bizim öncədən razılaşdırdığımız öhdəlikləri pozmamalıdır”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan AB ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.(Axar.az)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}