17:26 / 09-12-2018
Messi təyyarə aldı - Fotolar
23:15 / 08-12-2018
50-dən artıq startap...
20:10 / 08-12-2018
Parisdə barrikadalar qurulur
Hərbi təyyarənin vurulması Putini hiddətləndirib - Politoloq
Tarix: 18-09-2018 15:09 | Bölmə: Dünya
Hərbi təyyarənin vurulması Putini hiddətləndirib

Suriyada Rusiyaya məxsus hərbi təyyarənin vurulması Kremlin hiddətinə səbəb olub. Bu arada, Rusiya-Ukrayna münasibətlərinin də yenidən gərginləşməsi müşahidə edilir.

Rusiyanın Suriya və Ukraynada yeni qarşıdurma və ziddiyyətlərə cəlb olunması Kremlin Cənubi Qafqaz regionuna olan diqqət və təzyiqinin azalmasına səbəb ola bilərmi?

Reyting.az-ın xəbərinə görə, siyasi elmlər doktoru Cümşüd Nuriyev Moderator.az-a açıqlamasında bu ehtimalı yüksək hesab etmədiyini deyib:
“Suriyada Rusiya təyyarəsinin vurulması Kremli qızışdırıb. Hesab eedirəm ki, Rusiya özünə partnyor saydığı İsraili də bir növ sıradışı edəcək. Rusiya təyyarəsinin vurulması təsadüfi deyil. Türkiyə ilə Rusiya arasında yaxınlaşmanın olması Amerika üçün arzuedilməzdir. Bu yaxınlaşmanın cəzası Rusiyaya kəsildi. Lakin Rusiya bu fakturadan daha da qızışacaq”.

Hərbi təyyarənin vurulması Putini hiddətləndirib

C. Nuriyevin fikrincə, baş verənlər Rusiyanın Qafqaza təsirini azaldacaq:

“Rusiya bütün cəbhələrdə kifayət qədər güclü işləyir. Rusiya mediası, televiziyası bu məsələdə xüsusilə fəaldır. Ukrayna daxilində də Rusiya yaxşı işləyir. Lvovda aparılan sorğu göstərir ki, insanların əksəriyyəti baş verənlərə görə Ukrayna rəhbərliyini günahlandırır.

Suriyadan da Rusiya çıxan deyil. Rusiya ilə yaxınlaşmaq Türkiyənin maraqları baxımından faydalı olsa da, Ankaranın İdib məsələsində nə dərəcədə böyük uğura nail olacağı hələlik bəlli deyil”.




Bölməyə aid digər xəbərlər
25-10-2018, 18:54 Məsud Bərzani qayıtdı