Həmməruzəçilər yenidən Azərbaycana gəlir
Tarix: 16-04-2018 14:37 | Bölmə: Gündəm
Həmməruzəçilər yenidən Azərbaycana gəlir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin həmməruzəçiləri bu il iyun ayının birinci yarısında Azərbaycana səfər edəcəklər.

Bu barədə AŞPA-nın həmməruzəçisi Ştefan Şennak bildirib.

Onun sözlərinə görə, hazırda tərəflər səfərin dəqiq tarixini razılaşdırırlar.

Xatırladaq ki, həmməruzəçilər Sezar Florin Preda və Ştefan Şennak aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində AŞPA müşahidə missiyasının heyətində Bakıda olublar.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}