Papa Fransisk Putinə mesaj göndərib
Tarix: 25-04-2024 17:55 | Bölmə: Siyasət
Papa Fransisk Putinə mesaj göndərib

Roma Papası Fransisk Ukrayna və Qəzza zolağında müharibəyə son qoymaq üçün liderləri danışıqlar masasına oturmağa çağırıb.

Reyting.az
-ın xəbərinə görə, “CBS News”-ə müsahibəsində Papadan prezident Putinə mesajının olub-olmadığını soruşublar. Papa Fransisk cavabında deyib ki, danışıqlar yolu ilə əldə edilən sülh sonsuz müharibədən yaxşıdır.

“Müharibə vəziyyətində olan ölkələr, xahiş edirəm müharibəni dayandırın! Danışıqlar axtarın. Sülh axtarın”, - Papa mesajında bildirib.

O xatırladıb ki, Rusiyanın Ukraynaya müdaxiləsi ukraynalı uşaqlar üçün dağıdıcı nəticələrə malikdir. “Bu uşaqlar gülümsəyə bilmirlər. Mən onlara bir şey deyirəm, amma onlar gülümsəməyi unudublar. Və uşaq gülümsəməyi unudanda çox çətindir. Bu, həqiqətən çox ciddi məsələdir”, - Fransisk əlavə edib.

Papa həmçinin bildirib ki, o, hər gün Qəzzada olan kilsələrə zəng edərək onların nə yaşadıqlarını öyrənir. “Mənə nə baş verdiyini deyirlər. Çox çətindir. Çox, çox çətindir. Yemək gəlir, amma bunun üçün mübarizə aparmalıdırlar”.

Jurnalistin sülh danışıqlarına kömək edə biləcəyi sualına Fransisk belə cavab verib:

“Mən dua edə bilərəm. Mən dua edirəm. Çox dua edirəm”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}