12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Komitədə dəyişiklik edilib – Qərar
Tarix: 17-01-2018 12:15 | Bölmə: Xəbərlər
Komitədə dəyişiklik edilib

Milli Paralimpiya Komitəsinin (MPK) nəzdində Məşqçilər Şurası və İntizam Komissiyası yaradılıb.

Belə bir qərar MPK-nın Ümumi Yığıncağında qəbul olunub.

MPK-nın baş katibi səlahiyyətlərinin müvəqqəti icrası Kamal Məmmədova tapşırılıb. Məşqçilər Şurasının tərkibində Rauf Mürsəlov, İbrahim İbrahimov, Alavərdi Culfayev, Oleq Panyutin, İlqar İbişov və Tərlan Hacızadə də yer alacaqlar.

İntizam Komissiyasının sədri vəzifəsi ikiqat paralimpiya, ikiqat dünya, və yeddiqat Avropa çempionu, "Bakı-2015” Avropa Oyunlarının qalibi, MPK-nın vitse-prezidenti İlham Zəkiyevə həvalə olunub.

Komissiyanın üzvləri isə Mehman Kərimov, Səlhət Abbasova, Yaşar Hacıyev və Elxan Rəhimovdur.(Unikal.org)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}