18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
11:28 / 26-10-2025
İlham Əliyev Avstriya prezidentinə məktub göndərib
10:46 / 26-10-2025
Trampın iştirakı ilə sülh sazişi imzalanıb
10:27 / 26-10-2025
Azərbaycan millisinin üzvü əməliyyat olunub
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
17:55 / 25-10-2025
“Sputnik Azərbaycan”ın böyük redaktoru Rusiyaya gedib
15:45 / 25-10-2025
Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
13:09 / 25-10-2025
Sabah yağış yağacaq - Proqnoz
11:31 / 25-10-2025
Prezident İlham Əliyev Tokayevə məktub göndərib
11:01 / 25-10-2025
Metroda dava salan 4 nəfər saxlanılıb
10:34 / 25-10-2025
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq
10:17 / 25-10-2025
Azərbaycan XİN Qazaxıstana təbrik ünvanlayıb
10:02 / 25-10-2025
Rusiya üzərində 121 Ukrayna PUA-sı vurulub
09:30 / 25-10-2025
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)
09:05 / 25-10-2025
Premyer Liqa: bu gün 4 komanda qarşılaşacaq
00:13 / 25-10-2025
Prezident Qubadlı ilə bağlı video paylaşıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
23:49 / 24-10-2025
Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib
20:54 / 24-10-2025
Azərbaycan BMT ilə 2026-2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb
18:03 / 24-10-2025
Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi üzrə saziş imzalayacaq
17:54 / 24-10-2025
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
17:49 / 24-10-2025
Veteranlara verilən 80 manat artırılmayacaq
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
16:54 / 24-10-2025
"Starlink" vasitəsilə kibercinayətkarlıq artıb - Foto
16:36 / 24-10-2025
Avropa yeni raketdaşıyıcısını təqdim edib - Fotolar
16:20 / 24-10-2025
Ceyhun Bayramov TDT Baş katibi ilə görüşüb
16:07 / 24-10-2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
15:58 / 24-10-2025
Dövlət müəssisələrindən bir milyon manat mənimsəyənlərə cəza istənilib
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
14:48 / 23-10-2025
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Qulu Ağsəs olmaq... - Vəfa İsgəndərli yazır
Tarix: 10-05-2024 22:04 | Bölmə: Xəbərlər

Vəfa İSGƏNDƏRLİ
Şair var, insan ruhuna təsir edər, şair var, bəşəriyyətə təsir edər. Deyərdim ki, Qulu Ağsəs bunların hər birini özündə cəmləşdirib. Sevgi, insan, həyat, vətən-hər şeyi öz şeirlərində təsvir edib.
Mümkün deyil ki, onun şeirlərində insan düşünməsin.
Hamı aldadır özünü,
Aldada-aldada sevir.
Hərə bir küncə çəkilib,
Hərə bir daldada sevir.
Qulu Ağsəsin şeirlərinin ən gözəl ifadəsi “sevgi” dir. Bu şeirində isə sevginin ən gizli, ən qorxaq, ən cəsarətli halları təsvir olunub. İnsanlar sevgilərini fərqli dillərdə göstərər. Kimisi cəsarətli olub sevgisini elan edər, kimisi isə cəsarəti yetməyəcək qədər küncə çəkilib elə daldada sevər. Qulu Ağsəs bu günü - yaşadığı dövrü şablonsuz, necə varsa, elə olduğu kimi təsvir edib. Əvvəllər belə idi ki, hər kəs dərdlərini özü kimi qəbul edərdi, lakin bu gün elə deyil... Necə bəs?
Yatıb yerin-göyün şahı,
Bəndə yüz oyun çıxarır.
Hərə öz günün ağlayır,
Hərə öz ayın çıxarır.
Qulu Ağsəs üçün həyatın mənası nə idi? Əlbəttə, bu sualın cavabını tapmaq olduqca çətin məsələdir. Amma şairin şeirlərinin birində belə ifadə olunur:
- Həyat nədi?- soruşur üç yaşlı qızım.
Doğrudan, nədi həyat:
paltardan tez
quruyan ağacdı,
yoxsa ipdən daman sudu?..
Həyatda yaşamaq üçün insan mütləq nələrisə qurban verir. Bu kimisinə görə, sevdiyi biri ola bilər, kimisinə görə niyə qurban vermək var ki?!
Amma var. Həyatda ən böyük qurban- elə insanın özüdür. İnsan öz ömrünü elə qocaldır ki, bir də özünü geri qaytara bilmir. Bəzən çox dərin fəlsəfə axtarırıq həyatın içində. Amma həyat elə ən sadə şeylərdən ibarət deyil ki? Bizlərik onu belə böyüdən. Hətta insan oğlu o qədər onu böyüdə bilər ki, heç bir anlamı belə qalmaz. Mən də Qulu Ağsəsin şeirlərini oxuyub, eləcə də özümü itirib, tapa bilmirdim. Doğrudan, nədi həyat?..
Kəmalə Umudova Qulu Ağsəsin yaradıcılığını təhlil edərkən çox maraqlı bir faktoru qeyd edir: “Qulu Ağsəsin şeirlərini oxumaq çətindir- oda yaxınlaşmaq kimi bir hissdir: səni yandırıb-yaxarmı, səni əridib qəlbinimi dəyişər, kül edib bir ovucamı sığdırar, yoxsa səni səndəki çərçivədən alıb sən olmayan, mən olmayan, yalnız O olan dünyaya götürər- bütün bu həqiqətləri hər kəs şairin yaradıcılığı ilə yaxından tanış olduqdan sonra özü üçün bəlli edə bilər”. O qədər haqlıdır ki... Qulu Ağsəs yaradıcılığını təhlil edərkən, onun şeirlərini oxuyarkən Dostoyevski ruhunu hiss edir insan. Çünki oxucuya hörmət qoyur, oxucunu duymaq, hiss etmək istəyir. Ona dəyərlə yanaşır. O, sadəcə, yazır, anlamağı isə sənə-bizə buraxır. Qulu Ağsəsin ən gözəl və başa düşüləsi incəlik tələb edən bir şeiri də vardır ki, onu hiss etmək üçün yaralanmalı, ona ehtiyac duymalı insan...
Sağ-salamat ölsəydim-
üst-başını
cığır basmış yol kimi...
Qəfil bir söz eşitsəydim-
dil açan lalın ilk dəfə
dediyi “sakit ol” kimi...
Kefim ala buludda kövrəlsəydim,
şimşək qurutsaydı gözüm suyunu...
Atamdan xeyir-dua almaq üçün
Qiyamət gününə salsaydım toyumu...
Bəzi anlar olur ki, insan onları geri qaytarmaq istəyir, ya da bəzi şeylər var ki, onları yaşamamısan, amma yaşamaq üçün hər şeyini qurban verməyə hazır olur insan... Kim bilir, bəlkə, şairin də bizlər kimi “ kaş”, “bəlkə” dediyi çox şeylər var. Ah, o “kaş”, “bəlkə”, “amma”lar insana nələr yaşatmır ki?..
Bir də “getmək”lər var... gedib-qayıtmaq düşüncəsiylə yaşayanlar...
Getməkdən soruşuram:
gəlmək olar?
Bəlkə, bir az da yaşadım,
nə bilmək olar...
Kəmalə Umudovanın təhlillərindən bir məqam da diqqətimi çəkmişdi ki, Qulu Ağsəs onu şeirində çox gözəl ifadə etmişdi:
Dünyaya qonaq olduğunu bilsə də, əbədi sevgiyə inanır şair...
Bəlkə, bu, qanundu, kim bilir?!
Həmişə:
Cəsurlar sevir, qorxaqlar sevilir...
Daha sonra şair “Sən və Mən” şeirində davam etdirir:
Sən- canına tikan batırmırsan,
ağacda, kolda da olsan!
Mən- ölümlə həyatın arasından keçirəm,
düz yolda da olsam...
Doğrudan da, sanki həyat əzəldən belə bir qayda qoymuşdur ki, sevən insanlar əzab çəkməyə məhkumdur. Sən bunu yaşamalısan, çünki əsl “eşqə, məhəbbətə” – səni o ali qüvvəyə aparan yol budur. İnsan sevməyə məhkumdur, sevərkən əzab çəkməyə... bütün ruhunla, bütün mənəviyyatınla. Amma sevilən tərəf isə elə olmur. Desələr ki, sevən insan xoşbəxtdir. Deyərəm ki, yalandır. Çünki o, insana əzabdan başqa heç nə vermir. Tək yol isə- ali eşqə, yəni Allaha aparır...

Qulu Ağsəs sevginin ən məsum halını ifadə edir.
Qulu Ağsəs üçün bəzi şeirlərin hekayəsi var, lakin məncə, bütün şeirlərin hekayəsi var. Çünki onun şeirlərində o duyğunu, o yorğunluğu, o sevgini, elə məhz o “həqiqəti” görmək olur.
Bu dünyada heç kimə demədim....
O dünyada soruşsalar:
sən kimsən?
- gözümü yumub,
ağzımı açacam!
Deyəcəm ki:
altındakı skamyada bir yol özü oturmayan
yorğun ağacam...
Yorğunluq- fiziki cəhətdən deyil, mənəvi cəhətdən daha çətin olur. Ona qalib gəlmək, məğlub etmək ya zaman alır, ya da heç keçib getmir. Amma təcrübələr və həyat insanı yenidən yaralanmış bir quşun ayağa qalxması kimi dirildir. Əsl mübarizə bu zaman başlayır. Ya da heç başlamır... artıq onu necə varsa, olduğu kimi qəbul edir. Necə yaşamaq lazımdırsa, elə yaşayır. Çünki ona qarşı savaşıb onu dəyişdirməyə çalışmaq ən böyük səhvlərdən biri ola bilər. Eyni biz insanlar kimi deyil?
Birini tanıdığımız zaman, ya da sevdiyimiz zaman onu dəyişdirməyə çalışırıq. Niyə? Çünki biz onu deyil, bizim yaratdığımız obrazı sevmək istəyirik...
Amma mən şairin şeirində belə o saf, məsum tərəfi hiss etdim.
Nə olur mənə, haqq olur,
Sən də bir yandan olursan.
Günü-gündən sevildikcə
Dindən- imandan olursan.
Bu üzü daşlı dünyanı
Sənin üzündən sevirəm.
Tanrını min ağaclıqdan,
Səni özündən sevirəm...
“səni özündən sevirəm” burada tam onun nəyi nəzərdə tutduğunu dəqiq deyə bilmərəm, amma yuxarıda vurğuladığım sualın cavabın ala bilərəm. Sadəcə, sevmək, səbəbsiz yerə, heç bir səbəb olmadan, niyəsiz, nə üçünsüz...
Bir də sevgidən ölənlər var... Doğrudan da, ölən var?
Bir tabutda uzanan, ağ kəfəndə dəfn edilən sevgi var? Bəlkə də, daha ağırı var.
“Bir tabut düşün, içində mən, içimdə sən...”
Qulu Ağsəs: “Yazırsan: “ Ölürəm...” Min şükür, alqış!
Nə yaxşı, sevgidən ölən hələ var.”
Qulu Ağsəs yaradıcılığının ən önəmli məqamlarından biri vətən mövzusudur. Vətən- ən əziz, ən doğma olan... böyüyüb boya-başa çatdığın, ailə olduğun...
Xoş gördük, əyil, qulağına söz deyim, Şuşam:
Nə vaxtdı
yad səslərdən yağır qulağına...
Mən pambıq götürüm,
sənsə çöp götür,
enək İsa bulağına
təmizləyək nisgilin
28 bəlaya gəlmiş ilin!
...Bir də xoş gördük,
əyil, qulağına söz deyim, Şuşam:
darıxmışam!...
Şairin vətənə olan sevgisini, həsrətlə onu qucaqlamağını, ona qovuşmağını görməmək necə mümkün?
Bu yazıları yazdıqca, bu şeirləri oxuduqca hiss edirəm... Həyatın nədən ibarət olduğunu, bizi təşkil edən nə varsa, hər şeyi... bəzi cümlələr sual altında, bəzi acıların ifadəsi belə yoxdur. Heç bir şəkildə, səbəbi olmadan... Mən indi anlayıram ki, Qulu Ağsəs olmaq nə deməkdir... Qulu Ağsəsin belə şeirlər yazmasının tək səbəbi ola bilər: hər şeyi qəbullanıb olduğu kim təsvir etmək və sadəcə, “özü” olmaq... Bəlkə də, şeirlərindən bunu ötürməyə çalışır.
Bəzi şeirlərin hekayəsi var,
Bəzi xoşbəxtliyin qafiyəsi var.
Buludlar yağış yox, toz ələyirlər,
Ulduzlar yanmır ha... his eləyirlər.
Bir də şairin şeirlərində çıxış yolları belə təsvir olunur. Sanki oxucunu doğru yola uzlaşdırmağa çalışır. Qulu Ağsəs mənəvi hissləri ön plana çıxarır. İnsanı insan edən nə ola bilər?
Əlbəttə ki, mənəviyyat... ondan məhrum olanlar necə dərk edə bilər həyatı? Onu dərk edənlər isə həyatın hər künc-bucağının qoxusunu bilir. Mən Qulu Ağsəsi oxuduqca, yazdıqca ən çox da Dostoyevski ruhunu hiss etdim. Çünki yazıçı və şair o zaman yazar hesab olunar ki, sonluğu bitirməz, onu təsvir etməz. Çünki kim sonun necə olacağını bilə bilər ki?
Bəs nə idi şairin məqsədi?
Qırışından ulduz axan bu göyün altda
Biz kimik ki, səsimizi zilə qaldıraq?
Ağzı üstdə bir arzum var tək bu həyatda:
İstədiyim sözə çatan qələm qaldıram!
“Şair peyğəmbər deyil, lakin onun getdiyi yollardan xəbərdar olan Allah elçisidir”.
Mənə görə, o, dövrün əsl şairidir. Müasir Azərbaycan ədəbiyyatında çox önəmli imza atmışdır. Mikayıl Müşfiq şeirlərindən sonra günümüzün yeganə şairi ola bilər ki, oxuyub hisslərimi-ruhumu dincəltdim. Şairlik isə bu deməkdir. Yazımı isə şairin ən sevdiyim şeiri ilə bitirmək istəyirəm. Çünki nə bu dünya çəkiləsi, nə də mübarizəsi dayanasıdır...
Görsən ki, qaranlıq çökür aləmə,
Görsən ki, axşamdı…
fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu
Nə qədər imkan var,
rahatlan, uyu…
Mənbə: Qulu Ağsəs “ Görsən, üşüyürsən...”
Kəmalə Umudova “Adı soyadını eşidən şair - Qulu Ağsəs”
Bölməyə aid digər xəbərlər

Dünən, 23:17
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Dünən, 18:00
Anar Əsədlidən 4 şikayətçi var
Dünən, 15:45
Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib
Dünən, 10:02
Rusiya üzərində 121 Ukrayna PUA-sı vurulub
Dünən, 00:13
Prezident Qubadlı ilə bağlı video paylaşıb
24-10-2025, 17:54
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
24-10-2025, 16:36
Avropa yeni raketdaşıyıcısını təqdim edib - Fotolar
24-10-2025, 14:03
Gəncədə tanınmış vəkil saxlanılıb
24-10-2025, 13:01
Rusiya hərbçilərini Pokrovsk sektorundan qovublar
24-10-2025, 12:35
Sülh savaşı - Zahid Oruc yazır
24-10-2025, 11:54
Xersona kütləvi artilleriya hücumu olub
24-10-2025, 11:12
İrakli Qaribaşviliyə qarşı ittiham irəli sürülüb
24-10-2025, 10:53
Xəstəxana direktoru işçini döyüb? - Açıqlama
24-10-2025, 10:45
Ukraynaya 128 PUA ilə hücum olub
24-10-2025, 10:07
Müəllimi baltalayan şəxsə ağır cəza verilib
24-10-2025, 09:33
Aparat rəhbəri vəfat edib
24-10-2025, 08:31
Makron Rusiyaya təzyiqləri artırmağa çağırıb
23-10-2025, 21:55
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
23-10-2025, 19:54
İcra başçısının oğlu aparat rəhbəri təyin edilib
23-10-2025, 18:30
Din xadimi əməliyyat olunub - Foto
23-10-2025, 17:18
Əfqan Sadıqov həbs olunub
23-10-2025, 16:37
Gələn il minimum maaş sabit qalacaq
23-10-2025, 15:59
İlon Mask robot ordusunu idarə etmək istəyir
23-10-2025, 15:05
Noyabrda 12 gün qeyri-iş günü olacaq
23-10-2025, 14:36
QHT rəhbəri İrəvandan fotolar paylaşıb
23-10-2025, 13:21
Suriyadan altı azərbaycanlı ölkəyə gətirilib
23-10-2025, 13:01
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib
23-10-2025, 11:37
Bakıda tibb bacısı mənzili qarət edib
23-10-2025, 10:54
Neft emalı zavodu və aerodrom vurulub
23-10-2025, 10:39
Sosial yardım nə qədər artacaq? - Deputatdan açıqlama
23-10-2025, 09:29
Daxili İşlər Nazirliyi sürücülərə çağırış edib - Video
23-10-2025, 08:56
Rusiya üzərində 139 PUA vurulub
23-10-2025, 08:25
Trampın Rusiya planı dəyişir
23-10-2025, 07:23
İrlandiyada uşaq və yeniyetmələr üsyan edir
22-10-2025, 22:40
"Qarabağ" uduzub, "Qalatasaray" qalib gəlib
22-10-2025, 22:14
Məşhur vəkilin evi qarət olunub - (Yenilənib)
22-10-2025, 16:51
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
22-10-2025, 16:02
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
22-10-2025, 15:29
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
22-10-2025, 14:41
Yeni medal təsis edilib
22-10-2025, 14:29
General-mayora yüksək vəzifə verilib
22-10-2025, 14:08
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
22-10-2025, 14:03
Xəstə əməliyyat zamanı klarnet çalıb
22-10-2025, 13:55
Ramiz Mehdiyevin bankında problem yaranıb?
22-10-2025, 13:27
Estoniya Azərbaycanda səfirlik açacaq
22-10-2025, 11:58
İsrail türk ordusunun Qəzzaya gəlişini istəmir
22-10-2025, 11:46
İki keçmiş hakim Vəkillər Kollegiyasına üzv olub
22-10-2025, 10:34
AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvana eniş edib
22-10-2025, 10:01
Dağıstan PUA hücumuna məruz qalıb - Foto
22-10-2025, 08:09
ABŞ Rusiyanı zəiflətməyin yeni üsulunu tapıb

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki