Rusiya iki su elektrik stansiyasını sıradan çıxarıb
Tarix: 09-05-2024 21:49 | Bölmə: Xəbərlər
Rusiya iki su elektrik stansiyasını sıradan çıxarıb

Ukraynanın infrastruktur obyektlərinin səhər saatlarında atəşə tutulması zamanı su elektrik stansiyalarına xeyli ziyan dəyib.

Reyting.az
xəbər verir ki, “Ukridroenerqo”nun mətbuat xidmətinin məlumatına görə, iki su elektrik stansiyası istismardan çıxarılıb.

“Düşmən Ukraynanın enerji infrastrukturuna məqsədyönlü hücumları davam etdirir. Bu gün bütün su elektrik stansiyaları sarsıdıcı ziyana məruz qalıb”, - deyə şirkət bildirib.

Energetika naziri German Qaluşenko deyib ki, rus orfusu Poltava, Kirovoqrad, Zaporojye, Lvov, İvano-Frankivsk və Vinnitsa vilayətlərində elektrik enerjisi istehsalı və ötürülməsi obyektlərinə hücum ediblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}