23:54 / 20-05-2024
Masallı sakini güllələnib
İsrail müharibədəki itkilərini açıqlayıb
Tarix: 10-05-2024 12:39 | Bölmə: Xəbərlər
İsrail müharibədəki itkilərini açıqlayıb

İsrail Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bəri 711 təhlükəsizlik əməkdaşının öldüyünü açıqlayıb.

Reyting.az
xəbər verir ki, İsrail Müdafiə Nazirliyindən yazılı açıqlamasına görə, 637-si ordu əsgəri, 68-i polis və 6-sı Daxili Təhlükəsizlik Təşkilatı Şin-Bet (Şabak) olmaqla, 711 İsrail təhlükəsizlik işçisi həlak olub.

Açıqlamada Qəzza hücumlarından sonra 248 qadının dul, 520 uşağın isə yetim qaldığı qeyd edilib.

İsrail Baş Qərargahı isə Qəzza zolağına qarşı hücumların başladığı 7 oktyabrdan bu yana 615 əsgərin öldüyünü açıqlayıb. İsrail Müdafiə Nazirliyi elan etdiyi rəqəmlərlə İsrail ordusunun saytında dərc olunan rəqəmlər arasındakı fərqin səbəbi bəlli deyil.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}