23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Naxçıvanda iki gəncin meyiti sudan çıxarılıb
Tarix: 10-05-2024 12:34 | Bölmə: Xəbərlər
Naxçıvanda iki gəncin meyiti sudan çıxarılıb

Naxçıvan şəhərində iki gənc göldə boğularaq ölüblər.

Reyting.az
xəbər verir ki, mayın 10-u gecə saatlarında Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev Naxçıvan şəhərində yerləşən Bazar gölünün ətrafına gəliblər. Məlum olmayan səbəbdən onlar suya düşərək boğulublar.

Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları bu gün səhər saatlarında meyitləri sudan çıxarıblar.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}