23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Fuad Muradov Hollandiyada görüşlər keçirib - Fotolar
Tarix: 05-11-2018 15:07 | Bölmə: Siyasət
Fuad Muradov Hollandiyada görüşlər keçirib

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Benilüks Azərbaycanlıları Konqresinin IV Qurultayında iştirak edib.

Fuad Muradov Hollandiyada görüşlər keçirib

Reyting.az-a komitədən verilən məlumata görə, təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi, birgə fəaliyyətin təşkili zəruriliyinin vurğulandığı qurultayda Elsəvər Məmmədov Benilux Azərbaycanlıları Konqresinin (BAK) sədri seçilib.

Fuad Muradov Hollandiyada görüşlər keçirib

Qurultaydan sonra Hollandiyada təhsil alan tələbələrlə görüş keçirilib. Haaqadakı Azərbaycan səfirliyində keçirilən görüşdə tələbələrə diaspor fəaliyyəti ilə bağlı həyata keçirilən tədbirlər, görülən işlər barədə məlumatlar verilib.

Fuad Muradov Hollandiyada görüşlər keçirib

Dövlət Komitəsində hazırlanan promovideolar, görülən işlərə dair videoçarx təqdim edilib, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Tələbələr diaspor fəaliyyətinə dəstək verməyə və ölkəmizə dair həqiqətlərin daha geniş yayılmasında əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər.

Fuad Muradov Hollandiyada görüşlər keçirib

Nümayəndə heyətinin növbəti görüşü Hollandiyanın Ostervik şəhər meri Hans Janssen ilə keçirilib. Görüşdə diaspor fəaliyyəti, Azərbaycan diasporu, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı, şəhər merinə xatirə hədiyyələri təqdim edilib.

Fuad Muradov Hollandiyada görüşlər keçirib

Görüş iştirakçıları Hollandiyanın Milli Qəhrəmanı, II Dünya müharibəsinin iştirakçısı Məmməd Məmmədovun adını daşıyan küçəni və barelyefi ziyarət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avropaya səfəri davam edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}