Nazirlər Kabineti Aparatında yeni təyinatlar olub - Sərəncam
Tarix: 26-11-2018 22:36 | Bölmə: Siyasət
Nazirlər Kabineti Aparatında yeni təyinatlar olub

Baş nazir Novruz Məmmədov Nazirlər Kabineti Aparatında iki yüksək vəzifəyə təyinat imzalayıb.

Reyting.az
saytı Musavat.com-a istinadən xəbər verir ki, Qasım Abdullayev Nazirlər Kabineti Aparatının Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri təyin olunub. Buna qədər Q. Abdullayev həmin şöbənin müdir müavini vəzifəsində işləyib.

Novruz Məmmədovun digər sərəncamı ilə Ənvər Məmmədov Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin Xidmət və Təchizat Sektorunun müdiri vəzifəsindən azad edilərək, həmin idarənin Nəqliyyat Xidməti Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}