ADP sədri: “Əli İnsanov düzgün siyasət aparsa, real gücə çevriləcək”
Tarix: 29-03-2019 17:10 | Bölmə: Siyasət
ADP sədri: “Əli İnsanov düzgün siyasət aparsa, real gücə çevriləcək”

Xeyli müddətdir ölkənin ictimai-siyasi həyatında, xüsəsən də müxalifət cəbhəsində fəallıq hiss olunmur.

Lakin Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun verdiyi açıqlamalar siyasi gündəmdə müəyyən fəallıq yaradıb. Hətta bəzi müxalif partiyaların rəsmiləri Əli İnsanovla əməkdaşlıq etməyin və ya birgə fəaliyyətin mümkün olduğunu bildirirlər.

Reyting.az-ın məlumatına görə, bu məsələni şərh edən ADP sədri Sərdar Cəlaloğlu mia.az-a deyib ki, əgər Azərbaycan müxalifətinin gücləndiyi dönəmləri analiz etsək, aydın təsəvvürü yaranar:

"T əcrübə həqiqətin meyarıdır, Azərbaycan müxalifətin nə zaman güclənib? O vaxt Lalə Şövkət, sonra Rəsul Quliyev hakimiyyətdən ayrılıb müxalifətə keçdi, o zaman müxalifət gücləndi. Yəni, Rəsul Quliyev, Lalə Şövkət kimi irikalibrli şəxslər hakimiyyətdən müxalifə transfer olanda cəmiyyətin də inamı artırdı. Çünki Azərbaycan cəmiyyəti daha çox hakim komandadan qopan adamların arxasınca gedir. Əli İnsanov da kiçik fiqur deyil. Bu adam Heydər Əliyevin silahdaşı olub, nazir vəzifəsində çalışıb, təmsil olunduğu regionun güclərinin böyük əksəriyyətinin ağsaqqalı hesab olunur. Yəni, Əli İnsanov həm hakimiyyət daxilindən kimlərisə, həm də cəmiyyətdə tam siyasiləşməmiş müəyyən kəsimi cəlb edə bilər. Eyni zamanda, onun maliyyə imkanları da digər müxalifət liderlərindən fərqlidir. Sonra ailəsi vasitəsiylə xarici əlaqələrinin geniş olması faktı da gözardı edilməməlidir. Yəni, bir çox məqamlar var ki, Əli İnsanov düzgün siyasət aparsa, real gücə çevrilə biləcək”.

ADP sədri: “Əli İnsanov düzgün siyasət aparsa, real gücə çevriləcək”
S. Cəlaloğlu

Partiya sədri nəzərə çatdırıb ki, müxalifət cəbhəsi də bütün bu amilləri nəzərə alaraq, Ə. İnsanovla əməkdaşlığın, birgə fəaliyyətin mümkünlüyü barədə mesajlar verir.

"Müxalifət nümayəndələri də anlayırlar ki, Əli İnsanovun siyasətə gəlməsi minlərlə adamın siyasi proseslərə qoşulması, aktivliyin artması deməkdir. O vaxt Lalə Şövkət müxalifətə keçdi, bununla yüz minlərlə adam siyasi proseslərə qoşuldu, o siyasətdən çəkildi, həmin kütlə də getdi. Rəsul Quliyev gəldi, ADP oldu bir nömrəli partiya, gedəndən sonra, oldu on nömrəli partiya. Yəni, bütün bunlar nəzərə alınmalıdır”, – deyə S. Cəlaloğlu fikrini tamamlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}