23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
AŞPA üzvləri sədrin istefasını tələb edir - Narazılıq
Tarix: 24-04-2017 14:59 | Bölmə: Siyasət


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının iclasında qurumun sədri Pedro Aqramunta etimad məsələsi qaldırılıb.

Reyting.az-ın məlumatına görə, AŞPA sədri çıxışa başlayan kimi assambleya üzvlərinin əksəriyyəti zalda ayağa qalxaraq onun istefasını tələb ediblər. 

Buna səbəb kimi Pedro Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşü göstərilib.

Aqramunt isə Suriyaya səfərinin yanlış addım olduğunu bildirib.

"İcazə verin bəyan edim ki, bu səfər yanlış idi və mən nəticələri nəzərə alaraq bunu etiraf edirəm", - deyə o vurğulayıb.

P.Aqramunt yol verdiyi yanlışlığa görə üzr istəsə də, deputatlar sakitləşməyiblər.

Çıxışını yarımçıq dayandıran AŞPA sədri iclas zalını tərk edib. İclas AŞPA-nın vitse-prezidenti, Avropa Mühafizəkarlar qrupunun sədri Gale Rogerin sədrliyi ilə davam edib.

Aqramunt isə bu gün iclasa sədrlik etməyəcək. Prosedura görə, sabah Aqramunt AŞPA-nın qrup rəhbərləri və üzvləri ilə ayrıca toplantı keçirməli, onların suallarına aydınlıq gətirməlidir. Sabaha qədər plenar iclasa vitse-prezidentlər sədrlik edəcək.

Sabah xüsusi toplantıda Aqramuntun aqibətinə aydınlıq gələcək.

Qeyd edək ki, P.Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşüb.(Mənbə:APA)





Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}