Ramiz Mehdiyevin müavinləri vəzifələrini itirib - Sərəncam
Tarix: 22-11-2017 09:32 | Bölmə: Siyasət
Ramiz Mehdiyevin müavinləri vəzifələrini itirib

Prezident İlham Əliyev "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi "Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsində inzibati vəzifələrin birinci təsnifat sırasından çıxarılıb.

Müvafiq sərəncamın qüvvəyə minməsi ilə prezident İlham Əliyevin 29 noyabr 2012-ci ildə imzaladığı digər sərəncamla PA rəhbəri Ramiz Mehdiyevin müavini təyin olunmuş 4 məmur – Zeynal Nağdəliyev, Novruz Məmmədov, Əli Əsədov və Vahid Əliyev vəzifələrini itiriblər.(Qafqazinfo)

Ramiz Mehdiyevin müavinləri vəzifələrini itirib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}