“Lalə Şövkət siyasi fəaliyyətini dayandırmayıb” - Əvəz Temirxan
Tarix: 08-03-2018 14:31 | Bölmə: Siyasət
“Lalə Şövkət siyasi fəaliyyətini dayandırmayıb”

"Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin ölkəni tərk etməsi barədə olan məlumat doğru deyil. Lalə xanım Bakıdadır”.

Reyting.az
-ın xəbərinə görə, bunu Strateq.az-a çıqlamasında ALP sədri Əvəz Temirxan deyib.

Onun sözlərinə görə, Lalə Şövkət fəal siyasəti tərk etməyib.

"Lalə xanım aktiv şəkildə ölkədəki siyasi prosesi izləyir. Siyasi fəaliyyətini dayandırmayıb”, – deyə Ə. Temirxan vurğulayıb.

Ə.Temirxan qeyd edib ki, 11 apreldə keçiriləcək prezident seçkiləri ilə bağlı ALP-nin qərarı var: "Biz bu seçkilərdə iştirak etmirik”.

ALP sədrinin sözlərinə görə, Lalə Şövkət siyasi proseslərlə bağlı KİV üçün mətbuat konfransı keçirəcək. "Bunun vaxtını deyə bilmərəm. Zamanında media üçün mətbuat konfransı keçiriləcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}