Rusiyanın Suriya ilə bağlı istəyi reallaşmayıb - BMT qətnamə qəbul etməyib
Tarix: 14-04-2018 22:06 | Bölmə: Siyasət
Rusiyanın Suriya ilə bağlı istəyi reallaşmayıb

BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriyaya dair qətnaməsini qəbul etməyib. Qətnamə layihəsində Suriyaya qarşı təcavüzə son qoymaq çağırışı əks olunsa da, Rusiyanın bu istəyi reallaşmayıb.

Suriyanın ABŞ, Fransa və Britaniya tərəfindən bombalanmasından sonra Moskvanın təşəbbüsü ilə çağırılan BMT TŞ-in iclasında Rusiya, Çin və Boliviya qətnamənin qəbul edilməsini dəstəkləsə də, ABŞ, İngiltərə, Fransa, İsveç, Polşa, Fil Dişi Sahili, Küveyt və Hollandiya qərara qarşı çıxıblar. BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlərindən Peru, Qazaxıstan, Efiopiya və Ekvador Qinesi bitərəf mövqe nümayiş etdiriblər.

Yəni Rusiya bu qərarın qəbulu üçün lazım olan 15 üzvdən ən azı 9 ölkənin dəstəyini ala bilməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}