Dövlət Dumasının sədri Azərbaycana gəlir -Yenilənib
Tarix: 24-06-2018 10:56 | Bölmə: Siyasət
Dövlət Dumasının sədri Azərbaycana gəlir

Bu gün Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəhbərlik etdiyi parlament nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.


TASS agentliyi xəbər verir ki, bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

İki gün nəzərdə tutulan səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclis sədri Oqtay Əsədovla görüş keçiriləcək. Görüşlərdə iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi, iqtisadi-ticari əməkdaşlıq sahəsindəki məsələlərin həlli, qanunvericiliklərin uyğunlaşdırılması müzakirə olunacaq. Eyni zamanda ikitərəfli parlamentlərarası əlaqələrin inkişafı və beynəlxalq təşkilatlarda birgə fəaliyyət məsələsi diqqət mərkəzində olacaq.
==
Bu gün Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

APA-nın məlumatına görə ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Dövlət Dumasının sədrini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

Dövlət Dumasının sədri Azərbaycana gəlir

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}