Beynəlxalq Qarabağ Forumuna hazırlıqlar müzakirə olunub
Tarix: 31-07-2018 16:07 | Bölmə: Siyasət
Beynəlxalq Qarabağ Forumuna hazırlıqlar müzakirə olunub

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Beynəlxalq Qarabağ Forumunun (BQF) Azərbaycan təmsilçiliyinin rəhbəri Akif Nağı BQF-nin bu ilin avqust ayının sonlarında Bakıda keçiriləcək 5-ci toplantısına hazırlıq çərçivəsində Türkiyədə olub.

QAT-ın mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Akif Nağı İzmit şəhərində BQF-nin Türkiyə təmsilçiliyinin üzvləri, Türkiyə-Azərbaycan Dərnəkləri Federasyonunun başqanı Bilal Dündar, Qarabağ Azadlıq Təşkilatının Türkiyə təmsilçiliyinin rəhbəri Cəfər Dal ilə görüşüb.

Müzakirələr zamanı forumun bu il avqustun 29-30-da Bakıda keçirilməsi, təmsilçilik, müzakirə olunacaq mövzular və digər məsələlərlə bağlı qərarlar qəbul olunub.

Akif Nağı görüşlə bağlı deyib ki, düşmən dayanmadan çalışır, biz də dayana bilmərik: “Biz də yorulmadan çalışmalı, istədiyimiz nəticələrə nail olmalıyıq. Bütün dünya boyunca Qarabağ sevərləri bir araya gətirməli, birgə hərəkət etməliyik. Hazırda Beynəlxalq Qarabağ Forumunda Türkiyə, İran, Gürcüstan, Rusiya, Azərbaycandan QHT-lər birləşir. Bu işlərimizin keyfiyyətini daha da artırmalıyıq”.

Bilal Dündar isə qeyd edib ki, Azərbaycan və Qarabağ üçün çalışırıq. Bundan sonra da işlərimizi daha ciddi şəkildə davam etdirəcəyik.

Cəfər Dal isə bildirib ki, Qarabağ məsələsi savaşla həll olunacaq:

“Biz çalışırıq ki, Türkiyə dövləti və cəmiyyəti bu savaşda Azərbaycanın yanında olsun”.

Forum üzvləri daha sonra Moskvada fəaliyyət göstərən “Misra” studiyasında tanınmış jurnalist, siyasi icmalçı Fuad Abbasovla birlikdə canlı yayımda olub, bir çox məsələlərə aydınlıq gətiriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}