REAL Partiyasının sədri azadlığa buraxılıb
Tarix: 13-08-2018 12:50 | Bölmə: Siyasət
REAL Partiyasının sədri azadlığa buraxılıb

REAL Partiyasının həbsdə olan sədri İlqar Məmmədov bu gün azadlığa buraxılıb.


Reyting.az-ın xəbərinə görə, bununla bağlı Şəki Apellyasiya Məhkəməsinin hakimi Gündüz Abbasov qərar verib. Şərti qaydada azadlıqdan məhrumetmə qərarı verildikdən sonra, İ. Məmmədov məhkəmə zalından azadlığa buraxılıb. Amma onun ölkədən çıxışına qadağa qoyulub.

REAL-ın icraçı katibi Natiq Cəfərli isə Modern.az-a deyib ki, bununla bağlı bir azdan detallar bəlli olacaq:

"Bundan sonra rəsmi açıqlamamız da olacaq. Uzun bir qərardır. Amma əsas odur ki, İlqar Məmmədov artıq azad ediləcək, ailəsinin, dostlarının yanında olacaq. Biz bəraət alınana kimi hüquqi prosedurları davam etdirəcəyik. Çünki İlqar Məmmədovun heç bir günahı yoxdur, bunu hamı bilir. O, bəraət almalı və tamamilə məhkumluqdan, cəzadan azad olmalıdır. Təbii ki, son illərin ən xoş xəbəri oldu”.

N.Cəfərli qeyd edib ki, İ. Məmmədovun bu gün azadlığa çıxması gözlənilən deyildi:

"Əslində İlqarın azadlığa çıxacağı ilə bağlı ümidlər var idi. Avropa İnsan Hüquqları üzrə Məhkəmənin də iki qərarının yerinə yetirilməsi istiqamətində Azərbaycan üçün şərtlər qoyulmuşdu. Təbii ki, İlqar Məmmədovun bu gün azadlığa çıxacağını gözləmirdik”.

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu kasasiya və apelyasiya instansiyalarının qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}