Ərdoğan və Putin bir sıra məsələləri müzakirə ediblər
Tarix: 17-09-2018 20:16 | Bölmə: Siyasət
Ərdoğan və Putin bir sıra məsələləri müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə Soçidə görüşüb.

Mətbuata qapalı keçən görüş 1 saat 50 dəqiqə davam edib. Təkbətək görüşdən sonra prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar. Liderlərin görüşündə Suriya məsələsi başda olmaqla, bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıbr.

Ərdoğan görüşün əvvəlində Türkiyənin Rusiya ilə siyasi, hərbi, iqtisadi və digər sahələrdə əlaqələrinin genişləndiyini diqqətə çatdırıb. Xüsusən regional mövzularda iki ölkənin mövqeyinin bölgəni də umidləndirdiyini deyən Türkiyə prezidenti bildirib ki, bu gün dünyanın gözü Soçidədir.

V. Putin isə qeyd edib ki, iki ölkənin əlaqələri yüksələn xətlə inkişaf edir, bölgənin təhlükəsizliyi baxımından əməkdaşlığımız genişlənir. “Müzakirə edəcəyimiz çoxlu mövzular var. Onları həm gözdən keçirəcək, həm də həll yolları axtaracağıq”, - deyə V.Putin bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}