10:34 / 26-04-2024
Deputat: "Əlilliyin təyin edilməsi ilə bağlı boşluq var"
10:15 / 26-04-2024
Xocavənddə 74 mina və 110 partladıcı aşkarlanıb - Saxlanılan var
10:02 / 26-04-2024
Avropa Məhkəməsi Azərbaycanı cərimələyib - İki şikayət üzrə
09:51 / 26-04-2024
"Yeni Klinika"nın mühafizə rəisi saxlanııb
09:37 / 26-04-2024
Süni intellektin köməyi ilə Platonun məzarı tapılıb
09:27 / 26-04-2024
Məşhur aktrisa keçmiş həyat yoldaşının yeni sevgi romanına mane olur
09:27 / 26-04-2024
Keçmiş icra başçısı mülk davasına başlayıb
09:18 / 26-04-2024
Dünya bazarı: Azərbaycan nefti ucuzlaşır
09:03 / 26-04-2024
Arktikadakı istiləşmə Asiyaya təsir göstərir
08:56 / 26-04-2024
Moskva Avropa Parlamentinə seçkilərə müdaxilə edir?
08:47 / 26-04-2024
Bayden Trampın məhkəməsini izləməyə vaxt tapmır
08:36 / 26-04-2024
Fransız muzdluları müharibəyə şirnikləndirirlər
08:31 / 26-04-2024
Çin ABŞ-a yenidən xəbərdarlıq edib
08:26 / 26-04-2024
Ruslar ABŞ-a məxsus "Patriot" sistemini oğurlayır
08:00 / 26-04-2024
Rusiyaya daha sərt idaxal-ixrac qadağası təklif olunur
07:32 / 26-04-2024
Yəhudi qızın portreti 30 milyon avroya satılıb - Fotolar
07:14 / 26-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı gedib
21:58 / 25-04-2024
İlham Əliyev Füzuli hava limanından Berlinə uçub - (Yenilənib)
20:33 / 25-04-2024
Almaniyadakı ukraynalı qaçqınlara görə problem yaranıb
20:26 / 25-04-2024
İran-İsrail qarşıdurması: ilk raund daha təhlükəli mərhələyə keçə bilər
19:45 / 25-04-2024
Dünyada 282 milyon insan acdır - BMT
19:17 / 25-04-2024
Rusiya Polşada yaradılacaq nüvə obyektlərinə hücum edəcək
18:56 / 25-04-2024
İran məhkəməsi repçi barəsində edam qərarı çıxarıb
18:42 / 25-04-2024
Milli Məclis Avropa Parlamentinin son qətnaməsinə sərt cavab verib - Bəyanat
18:09 / 25-04-2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:03 / 25-04-2024
Ermənistanda müxalifətin aksiyası baş tutmayıb, kütləvi həbslər var - Video
18:02 / 25-04-2024
Naxçıvanda fond sədri vəzifədən çıxarılıb
17:55 / 25-04-2024
Papa Fransisk Putinə mesaj göndərib
17:46 / 25-04-2024
Dünyada iqlim böhranı başlayır
17:32 / 25-04-2024
Azərbaycanla Macarıstan arasında enerji əməkdaşlığı barədə müzakirə aparılıb
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
00:02 / 23-04-2024
Məşhur boksçu Mayk Tayson şirkətin səfiri olub
00:05 / 23-04-2024
Abramoviç yeni futbol klubunu Avropanın ən yaxşısı edəcək
00:45 / 22-04-2024
Türkiyədə yenə zəlzələ olub
Əli Həsənov: “Ermənistanın baş naziri siyasətçi adına porodiyadır”
Tarix: 18-09-2018 18:58 | Bölmə: Siyasət
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Facebook” səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm iddialarına cavab verib.
Hər bir xalqın taleyində önəmli rol oynamış, öz əməlləri ilə adını tarixə yazmış şəxsiyyətlərin olduğunu diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyev bu dövləti məhv olmaq təhlükəsindən xilasetmə missiyasını öz üzərinə götürməklə, bütün zamanını, sağlamlığını Azərbaycan dövlətçiliyini qorumaq, qurmaq və inkişaf etdirmək kimi ali bir məqsədə həsr etməklə və bu vəzifəni layiqincə yerinə yetirməklə adını xalqımızın tarixinə qızıl hərflərlə yazdı:
“Heydər Əliyev haqq dünyasına gözü arxada qalmadan, rahat köçdü. Gördüyü işlərin və xalqı qarşısında xidmətlərinin sərhədsiz miqyası verirdi ona bu rahatlığı. Bir də ki, ulu öndər təməlini qoyduğu siyasətin gələcəkdə də davam edəcəyinə və Azərbaycanı yeni qələbələrə aparacağına əmin idi və son 15 ilin mənzərəsi də dahi şəxsiyyətin nə qədər düzgün düşündüyünü isbat etdi.
Prezident İlham Əliyev kiçik bir ölkəni dünya çapında nüfuzlu, sayılıb-seçilən, səsi eşidilən bir dövlətə, dünya qarşıdurma və terrorla üz-üzə olarkən dinamik inkişaf edən sabitlik adasına çevirməklə əsl siyasətçinin nəyə qadir olduğunu nümayiş etdirdi. Bədxahlar “Azərbaycan çökür” deyərkən Azərbaycan daha möhtəşəm addımlarla irəlilədi, “hakimiyyətin sonudur” iddia edənlər hakimiyyətin günü-gündən gücləndiyini gördülər, “bu siyasətin sonu yoxdur” xülyası ilə yaşayanlar həmin siyasətin zəfərlərini sayıb qurtara bilmirlər...”.
Prezidentin köməkçisi “Qarşı tərəfdə Azərbaycana meydan oxuyan siyasətçilərin aqibətinə baxın...”,- deyə Ermənistanda baş verənlərə diqqət çəkib.
“Ter-Petrosyanı tarixə gömən Koçaryan-Sarkisyan mafiyasını “demokratik inqilab” adı altında küçədən siyasətə gəlmiş Paşinyan kimi bir populist layiq olduqları yerə göndərdi. İndi də barələrində cinayət işi qaldırılır, illərlə erməni xalqına qarşı törətdikləri cinayətlərin hesabı sorulur. Ancaq necə? Paşinyan hakimiyyətə gələndə ermənilər eyforiyaya qapılaraq bunu bütün dünya qapılarının onların üzünə açılması, “demokratik” Ermənistanın Azərbaycan üzərində tam qələbəsi kimi anladılar. İnvestisiyaların sel kimi axacağını, dünya liderlərinin bir-birinin ardınca Ermənistana səfər edəcəyini, Azərbaycan ərazilərinin işğalının qanuniləşdiriləcəyini zənn etdilər. İndi erməni mətbuatı nə yazır? Paşinyan diktatora xas olan üsullarla öz opponentlərini əzməyə çalışır, ölkədə dərəbəylik və xaos hökm sürür, iqtisadiyyat tam iflas astanasındadır, xarici siyasətdə uğursuzluqlar bir-birini əvəz edir. Ermənistanın baş naziri beynəlxalq tədbirlərdə digər ölkələrin başçıları ilə selfi çəkdirməyi yerli ictimaiyyətə Ermənistanın “xarici siyasət uğuru” kimi sırımağa çalışır. Hakimiyyətə gələndən sonra verdiyi vədlərlə törətdiyi əməllərin arasında yaranmış uçurumu populist bəyanatlarla və sərsəm addımlarla kompensasiya etməyə çalışır. Bəyan edir ki, keçmiş hakimiyyətin oğurladığı sərvəti xalqa qaytarmaq uğrunda mübarizə aparır. Amma indi hamı başa düşür ki, o bu sərvətdən öz şəxsi payını istəyir. Paşinyan demokratik idarəçilikdən dəm vurur, amma Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında baş tutan telefon danışığı bu “demokratik” addımların konturlarını tam aydınlığı ilə cızır. Baş nazir ölkədə artıq hakimiyyətin medianın fəaliyyətinə müdaxilə etmək ənənəsinə son qoyulduğunu bəyan edir, bir gün sonra isə Ermənistanda gizli yazılan telefon danışığı haqqında məlumatı ilk yayanlardan biri olmuş “Yerevan.today” saytının redaksiyasında və baş redaktorun yaşadığı evdə axtarış aparılır.
Bir gün yuxudan ayılıb Azərbaycanı Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlar aparmağa çağırır. Sabahı gün də sözlərini geri götürür. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu “DQR” ərazisi elan edir və bununla da beynəlxalq ictimaiyyəti, ATƏT MQ həmsədrlərinə hörmətsizliyini açıq büruzə verir. Komandasını rusofoblardan formalaşdırır, gündə bir neçə dəfə də Rusiya ilə müttəfiqliyə sadiqliyindən danışır. Artıq hamı başa düşür ki, Ermənistanın baş naziri tutduğu posta qeyri-adekvatdır, siyasətçi adına porodiyadır və onun barəsində “erməni radiosunun” anekdotları artıq qısa zaman məsələsidir”, - deyə PA rəsmisi vurğulayıb.
Ə. Həsənov bildirib ki, əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə, onun rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək bir o qədər də çətin deyil: “DQR”-in “müstəqil dövlət olduğunu” və Azərbaycanın bu “dövlətlə” danışıqlar aparmasının zəruriliyini iddia edən baş nazirdən soruşulmalıdır ki, “sənin oğlun nəyə görə bu “müstəqil dövlətdə” hərbi xidmətdədir”? Əslində, bu addımı atmaqla, o, nəinki işğal faktını təsdiqləyir, üstəlik məhz Ermənistanın münaqişə tərəfi olduğunu etiraf edir. Hələ bir həyasızcasına Azərbaycan Prezidentinə öz övladını Qarabağa göndərməyi tövsiyə edir və bu addımı təmas xəttində atəşkəsin bərpa olunmasının qarantiyası kimi göstərməyə çalışır. Digər tərəfdən də Paşinyanın həyat yoldaşı Azərbaycan qadınlarına çağırış edərək münaqişənin dayandırılması və əsgər ölümlərinə son qoyulması üçün səy göstərmələrini istəyir. Amma baş nazir olan həyat yoldaşından soruşmur ki, axı Ermənistan vətəndaşı “müstəqil DQR-də” niyə ölməlidir?”.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Paşinyan hakimiyyətinin məntiqsizliyi və ziddiyyəti o qədər dərindir ki, bunu xüsusi təhlil etməyə lüzum qalmır.
“Lakin anlaşılmayan özünü azərbaycanlı adlandıran bəzi bədxahların Paşinyanın səsinə səs verməsi, erməni dəyirmanına su tökməsidir. Xüsusilə də xaricə qaçmış bir çox antimilli insanların hərəkəti bəzən bütün əndazələri aşır. Bunlar gör Azərbaycan və onun dövlət simvollarına nə qədər sayğısız münasibət bəsləyir ki, hətta Ermənistan baş nazirinin ailə üzvləri ilə bağlı populist addımlarını belə az qala “qəhrəmanlıq” nümunəsi kimi qələmə verir və Azərbaycan hakimiyyətini hədəf götürürlər? Azərbaycan Prezidentinin övladının hərbi xidmətə getməsi bütün cəmiyyət, gənclərimiz üçün yaxşı bir örnəkdir. Bu gün doğma torpağı harada müdafiə etmək lazımdırsa, Heydər Əliyev orda da olacaq və ləyaqətlə, şərəflə Vətən qarşısında öz borcunu ödəyəcək. Buna heç kimin şübhəsi olmasın. Mövzunu manipulyasiya obyektinə çevirənlər isə fərari kimi xaricə üz tutanlar, özlərini Vətən təəssübkeşi kimi qələmə verib övladlarını hərbi xidmətdən yayındıranlardır. Mən əvvəllər paylaşdığım statuslardan birində ifadə etdiyim bir fikri yenə də təkrar edirəm: bu gün Azərbaycan dövlətinə və onun simvollarına, hakimiyyət nümayəndələrinə, cəmiyyət üzvlərinə qarşı qeyri-əxlaqi yollarla mübarizə aparıb çirkab yağdıranlar xarici ölkələrin müvafiq orqanları qarşısında xüsusi öhdəlik götürmüş ünsürlərdir. Belələri Azərbaycanın sərhədlərini keçdikdən sonra pasportlarını bəlli dairələrə təhvil verib xüsusi öhdəliklər götürür və sonra da öz dövlətlərinə qarşı çirkin mübarizəyə sövq edilirlər. Görünür onlar üçün Qərb ölkələrinə sığınıb soroslar, gülbekyanlar, karapetyanların pulu ilə öz dövlətinə hücum çəkmək əlinə silah götürüb Vətəni müdafiə etməkdən daha şərəfli işdir. Sosial şəbəkələrdə gecə-gündüz məsuliyyətsiz və iyrənc statuslar paylaşmaqla populyarlıq qazanacaqlarını zənn edənlər, Paşinyanın oğlunun hərbi xidmət piarından belə öz mənafeləri üçün yararlanmağı məqbul hesab edənlər, bu yolla Azərbaycan cəmiyyətinin nifrətini qazanacaqlarına da şübhə etməməlidirlər. Zaman hər kəsə layiq olduğu yeri göstərib, göstərir və göstərəcəkdir”, - deyə Ə. Həsənov bildirib.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 08:56
Moskva Avropa Parlamentinə seçkilərə müdaxilə edir?
Dünən, 15:08
"Azərbaycanda respondentlərin 74,9%-i "TikTok"a məhdudiyyətlərin tətbiq edilməsini istəyir"
24-04-2024, 15:12
Ələsgər Məmmədlinin sağlıq durumu pisləşir
24-04-2024, 12:18
YAP-çı deputat Rəsul Quliyevin müdafiəsinə qalxıb
24-04-2024, 11:42
Müsavat Partiyası növbəti qurultaya hazırlaşır
24-04-2024, 09:45
Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı daha bir qərar çıxarılıb
23-04-2024, 17:14
Paşinyan Ermənistan-Azərbaycan arasında ilk sərhəd dirəyinin fotosunu paylaşıb - Foto
23-04-2024, 15:10
Azadlıq Partiyası ləğv olunub? - Açıqlama
23-04-2024, 15:00
Vüqar Səfərli ilə sabiq icra baçısı əfv üçün müraciət edib
23-04-2024, 14:57
Ceyhun Bayramov Çexiya baş naziri ilə görüşüb
23-04-2024, 10:47
Səadət Bənənyarlı: "Qubad bəyin ev dustaqlığına buraxılmasını yüksək qiymətləndirirəm"
23-04-2024, 10:35
Rəsmi Tehrandan 4 kəndin geri qaytarılmasına reaksiya: "Bu, sülhün bərqərar olması üçün zəruridir"
23-04-2024, 08:42
NATO Polşada nüvə silahı yerləşdirə bilər
23-04-2024, 08:04
Baş katibi gərgin görüşlər gözləyir
22-04-2024, 16:57
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb
22-04-2024, 16:22
Deputat Cenevrədə Azərbaycanı təmsil edəcək
22-04-2024, 14:28
Malayziya parlamentinin sədri Azərbaycana səfər edəcək
22-04-2024, 13:54
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
22-04-2024, 12:21
Paşinyan delimitasiya komissiyasının nəzdində işçi qrup yaradıb
22-04-2024, 10:39
“Stratfor”: Ermənistanla münasibətlərin normallaşması Türkiyəni Cənubi Qafqazda gücləndirəcək
20-04-2024, 15:44
Ceyhun Bayramov İran səfiri ilə görüşüb
20-04-2024, 09:46
Sülhməramlıların Qarabağı tərk etməsi separatçı ermənilərin narahatlığına səbəb olub
20-04-2024, 00:37
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
19-04-2024, 16:00
Ədalət Məhkəməsində Azərbaycanın tələbi ilə ictimai dinləmələr keçirilib
19-04-2024, 15:29
Ceyhun Bayramov Fələstinin baş naziri ilə telefonda müzakirə aparıb
19-04-2024, 15:11
Türkiyə XİN: "İran-İsrail gərginliyi daimi münaqişəyə çevrilə bilər"
19-04-2024, 11:34
Deputat Milli Məclisdə: "Sülhməramlıların Qarabağdan çıxarılması..."
19-04-2024, 09:37
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
18-04-2024, 16:15
Prezident Nyu-Yorkda keçmiş prezidentlə görüşüb
18-04-2024, 15:46
Qubad İbadoğluya yekun ittiham aktı elan edilib
18-04-2024, 14:29
Zaxarova: "Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün hər şeyi edib"
18-04-2024, 08:57
Donald Tramp sülh vasitəçisi ola bilər
17-04-2024, 22:49
CHP sədri AŞPA-da Azərbaycana dəstəyini ifadə edib
17-04-2024, 16:40
Milli Şuranın mitinqinə icazə verilməyib