Prezident Ərdoğandan jurnalistin qətli ilə bağlı kritik açıqlamalar - Yenilənib
Tarix: 23-10-2018 13:55 | Bölmə: Siyasət
Prezident Ərdoğandan jurnalistin qətli ilə bağlı kritik açıqlamalar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Qrup Toplantısında jurnalist Camal Qaşıkçının öldürülməsi ilə bağlı detalları açıqlayır.

Reyting.az Türkiyə mediasına istinadən bildirir ki, Ərdoğan Səudiyyə Ərəbistanının Baş Konsulluğunda öldürüldüyü dəqiqləşən Camal Qaşıqçı cinayətilə bağlı ətraflı qiymətləndirmə aparmaq istədiyini bəyan edib.

Camal Qaşıqçı ilk olaraq sentyabrın 28-də konsulluğa gedir. Bu səfərin cinayəti planlaşdıran komandaya xəbər verildiyi anlaşılır. Bir planlama və yol xəritəsi burada işləməyə başlayır.

Prezident Ərdoğandan jurnalistin qətli ilə bağlı kritik açıqlamalar

Konsulluq əməkdaşlarından bəzilərinin ölkələrinə getməsi hazırlıq işlərinin orada aparıldığına işarə edir. Oktyabrın 1-də 16:30-da 3 nəfərlik bir komanda İstanbula gəlir. Baş konsulluqdan başqa bir dəstə də Belqrad Meşə və Yalova kəşfiyyat işi aparır”, - Türkiyə prezidenti söyləyib.

Ərdoğanın sözlərinə görə, üçüncü dəstə də İstanbula gəlir: “Aralarında generalların olduğu digər örnək xüsusi təyyarəylə İstanbula gəlir. 15 nəfərlik briqada səhər saat 09:50 ilə 11:00 arasında konsulluqda görüşür. Kamera sistemindəki hard disk sökülür.

Qaşıqçı, konsulluğa daxil olduqdan sonra bir daha ondan xəbər alınmır. Nişanlısı səlahiyyətli orqanlarımıza müraciət edir. Polis idarəsi təhqiqat başlayır. Kameranın araşdırılması nəticəsində Qaşıqçının konsulluqdan çıxmadığı müəyyən edilir. Diplomatik toxunulmazlığı olduğu üçün ilk mərhələdə əməli bir iş aparılmır”.

Prezident Ərdoğandan jurnalistin qətli ilə bağlı kritik açıqlamalar

Prezidentin dediyinə görə, hüquq-mühafizə və kəşfiyyat araşdırma apararkən İstanbul Baş Prokurorluğu da cinayət işi açır: “Maraqlı məlumatlara çatılır. Cinayətin ərəfəsindən başlayaraq 15 səudiyyəli kəşfiyyat, təhlükəsizlik və adlı tıpçının ölkəmizə gəldiyi görünür. Paltarı, eynəyi, saqqalı Camal Qaşıqçıya bənzədilməyə çalışan şəxsin də axşam Ər-Riyada hərəkət etdiyi görünür.

Səudiyyə Ərəbistanı Qaşıqçının öldürüldüyü iddialarını rədd edir. Baş konsul oktyabrın 6-da “Reuters”in müxbirini içəri dəvət edərək şkafları açıb özünü müdafiə etməyə çalışır”.

Ərdoğanın bildirdiyinə görə, Səudiyyə Ərəbistandan Türkiyəyə oktyabrın 11-də gələn nümayəndə heyəti müxtəlif görüşlər keçirib: “Səudiyyə rəsmiləri hadisə gündəmdə tutulanda binanın axtarılmasına icazə verəcəklərini açıqladıq. Bu hadisə İstanbulda cərəyan edir, biz məsuliyyət məqamındayıq. Bunu mühakimə etmək haqqımızdır. Sisi buludu yavaş-yavaş ortadan qalxmağa başladıqca digər ölkələr də hərəkətə keçdilər. Biz də səssiz qalmayacağıq ifadə etdik”.

Prezident qeyd edib ki, Səudiyyə Ərəbistanı kralı ilə keçirdiyi ilk telefon söhbətində məsələni danışib: “Bu görüşdə hadisəni araşdırmaq üçün özünün daha əvvəl göndərdiyi heyətlə keçirdiyim görüşü və birgə işçi qrupu yaratmaq barədə qərarımızı ifadə etdik və razı qaldıq. Kralın göstərişi ilə binaya girən dəstələr araşdırmalar aparıb. Baş konsul belə bir şeyə imkan vermədiyi kimi gələn nümayəndə heyətinə mən bu baş konsulun çatışmazlığı ilə əlaqədar şeylər dedim. Bunu nəticəsində söhbətimizdən bir gün sonra vəzifəsindən alındı, ölkəsinə qayıtdı”.

Prezident Ərdoğandan jurnalistin qətli ilə bağlı kritik açıqlamalar

Ərdoğanın sözlərinə görə, oktyabrın 18-də bir daha baş konsulluq binasında araşdırma aparılıb: “Yəni 17 gün sonra Səudiyyə Ərəbistanı rəhbərliyi Qaşıqçının binada öldürüldüyünü qəbul edib. Qaşıqçının dava zamanı öldüyü deyildi.

Prezident Ərdoğandan jurnalistin qətli ilə bağlı kritik açıqlamalar

Həmin gün kral ilə bir əlaqə qurdum. Hadisəyə qarışdığı bildirilən 18 nəfərin həbs olunduğunu ifadə etdi. Ölkəmizə verilən siyahıdakı adların, hadisəyə qarışan adlarla eyni olduqları müəyyən edilib. Bu proseslər cinayətin qəbul edilməsi baxımından əhəmiyyətlidir. Bu cinayət Səudiyyə Ərəbistan torpağı sayılan konsulluq binasında törədilsə də, amma burası Türkiyə Cümhuriyyəti sərhədləri içərisindədir. Vyana Konvensiyası belə bir cinayətin diplomatik toxunulmazlıq zirehi qorunmasına icazə verməz”.

14:38

Ərdoğanın iddiasına görə, bu ana qədər ortaya çıxan dəlillər Qaşıqçının vəhşi bir cinayətə qurban getdiyini göstərir: “Gizli qalması bəşəriyyət vicdanını yaralayacaq. Səudiyyə Ərəbistanı rəhbərliyi cinayəti qəbul edərək əhəmiyyətli bir addım atmışdır.

Bundan sonra bütün səbəbkarları açıq bir şəkildə ortaya çıxararaq hüquq qarşısında cəzaya məhkum etmələrini gözləyirik. Cinayətin anlıq deyil planlı olduğuna yönəlik sübutlar var. Bu 15 nəfər qətl günü İstanbulda toplanmışdır. Bu adamlar kimdən əmr alaraq oraya gəlmişdir, baş konsulluq binası niyə dərhal deyil, günlər sonra araşdırmağa açılıb, cinayət aşkar bir çox əsassız açıqlama səbəb olmuşdur, cəsəd nə üçün hələ də ortada yoxdur?”

Prezident Ərdoğandan jurnalistin qətli ilə bağlı kritik açıqlamalar

Türkiyə prezidenti deyib ki, kimsə sualları cavablandırmadan məsələnin bağlanılacağını ağlından keçirməsin: “Təhlükəsizlik orqanlarının əlində məlumat hadisənin planlı olduğuna işarə edir. Belə bir məsələni, bir neçə təhlükəsizlik və kəşfiyyat əməkdaşının üzərinə yıxmaq ictimaiyyəti qane etmir. Kral Salmanın səmimiyyətinə şübhə etmirəm. Türkiyə olaraq məsələnin sonuna qədər davamçısı olacağıq. Bu gün buradan müraciət edirəm; Müraciətim kral və yuxarı rəhbərliyədir. Hadisənin cərəyan etdiyi yer İstanbuldur. 18 məhbusun mühakimə olunmasının İstanbulda keçirilməsini təklif edirəm”.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}