Baş nazirlərin korteji qəzaya düşüb - Yaralılar var
Tarix: 09-11-2018 17:53 | Bölmə: Cəmiyyət
Baş nazirlərin korteji qəzaya düşüb

Böyük Britaniyanın və Belçikanın baş nazirlərinin korteji Belçikanın Mons şəhəri ətrafındakı E42 avtomobil yolunda qəzaya düşüb.

Reyting.az xəbər verir ki, fəxri qarovuldakı iki motosikletçi-polis yaralanıb, hər iki ölkə hökumətinin rəhbərləri xəsarət almayıb.

Məlumata görə, toqquşmaya hökumət başçılarının kortejlərinin qarşısındakı maşının gözlənilmədən əyləci basması səbəb olub. Fəxri qarovuldakı motosikletçilər vəziyyətə reaksiya verməyə macal tapmayıblar və onlardan ikisi kortejin qarşısındakı minik avtomobilinə dəyib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Baş nazirlərin kortejləri Monsa doğru yolu davam etdirib. Böyük Britaniya və Belçikanın baş nazirləri burada Birinci dünya müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar NATO-nun Avropadakı Birləşmiş qüvvələrinin qərargahı yanındakı sen-Simferon hərbi qəbiristanlığına əklil qoyma mərasimində iştirak ediblər.

Onlar sonra Fransaya yollanacaqlar. Noyabrın 11-də bu ölkədə həmin tarixə həsr olunan əsas tədbir keçiriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}