Əli İnsanov tərəfdarlarına təşkilatlanmaq tapşırığı verib; Eldar Namazovu da prosesə cəlb etmək istəyirlər
Tarix: 25-03-2019 17:26 | Bölmə: Siyasət
Əli İnsanov tərəfdarlarına təşkilatlanmaq tapşırığı verib; Eldar Namazovu da prosesə cəlb etmək istəyirlər

Prezident İlham Əliyevin sərəncamı ilə 14 illik həbsxana həyatından sonra azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanov təşkilatlanmağa başlayıb.

Əli İnsanova yaxın qaynaqlardan verilən məlumata görə, keçmiş nazir özünə yaxın bildiyi şəxslərə ictimai-siyasi düşərgədə "nəbz yoxlaması” aparmaq barədə tapşırıq verib. Məlumatda bildirilir ki, bu "nəbz yoxlaması”ndan sonra Ə. İnsanova verilən məlumatlara əsasən, keçmiş nazir siyasi fəaliyyətinin istiqamətini müəyyənləşdiriləcək. Keçmiş nazir araşdırmanın yekunlarına uyğun olaraq, ya yeni siyasi partiya, ya da siyasi hərəkat yaratmaq barədə qərar verəcək.

Reyting.az "Bakupost"a istinadən xəbər verir ki, keçmiş nazir ilkin olaraq müxalifət daxilində illərdir aktiv fəaliyyət göstərən qərbi azərbaycanlı şəxslərin münasibətini öyrənməyə, yeni siyasi təşkilatlanmaya gedəcəyi halda, onların hansı addım atacağını, onunla birlikdə hərəkət edib-etməyəcəklərini dəqiqləşdirməyə çalışır. Artıq bununla bağlı ilkin araşdırmaya da başlanılıb. Belə ki, müxalifətdəki bir sıra nüfuzlu ictimai-siyasi şəxslərə keçmiş nazirin mesajları çatdırılıb və onlardan geridönüş gözlənilir.

Mənbə bildirir ki, Ə. İnsanov bu məlumatların yekununda ətrafına böyük bir siyasi kütlə - güc toplayacağı halda yeni siyasi partiya yaradacaq. Yetəri qədər dəstək toplaya bilmədiyi qənaətinə gələcəyi təqdirdə isə o, yeni siyasi hərəkat yaradıb, müxalifətə əməkdaşlıq təklif edəcək və zamanla güclənməyə çalışacaq.

Ə. İnsanovun bu barədə yekun qərarını bu ilin iyun ayına qədər verəcəyi və yayın sonuna qədər siyasi fəaliyyət formasını tam müəyyənləşdirmək istədiyi bildirilir.

Qeyd edək ki, artıq siyasi müxalifətdə təmsil olunan və əslən Qərbi Azərbaycandan olan bir sıra ictimai-siyasi xadimlər Əli İnsanova açıq dəstəklərini ifadə ediblər.

Əli İnsanov tərəfdarlarına təşkilatlanmaq tapşırığı verib; Eldar Namazovu da prosesə cəlb etmək istəyirlər

Reyting.az-a verilən məlumatda isə iddia olunur ki, vaxtilə prezidentin sabiq köməkçisi Eldar Namazovun rəhbərliyi altında fəaliyyət göstərmiş “Yeni Siyasət” (YeS) blokundan deputatlığa namizədliyi irəli sürülmüş bir neçə tanınmış şəxslə də Əli İnsanov tərəfdarları arasında danışıqlar aparılır. Danışıqlar aparılan şəxslər arasında E. Namazovun olub-olmaması barədə dəqiq məlumatlar verilməsə də, adıçəkilən şəxsin də bu və ya digər formada Ə. İnsanova siyasi dəstək verməsi istisna olunmur.

Xatırladaq ki, E. Namazov Ə. İnsanova yaxınlığı ilə seçilən şəxs olub. Hətta o vaxtlar YeS blokunun yaradılmasına Ə. İnsanovun dəstək verdiyi iddia olunurdu.

Reyting.az E. Namazovun məsələyə münasibətinə yer ayırmağa hazırdır.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}