Fərsiz hökümət
Tarix: 18-07-2017 14:08 | Bölmə: Əli ƏLİYEV


Hökümət fərsiz olduğunu etiraf etmək istəmir. Əfəlliyin və yarıtmazlığın bariz nümunələri neftin dünya bazarında ucuzlaşmasından sonra özünü əyani surətdə büruzə verməyə başladı.

Pul axını zəifləyən kimi milli valyuta kəskin ucuzlaşdı, korrupsiya qalmaqalları üzə çıxdı, struktur böhranı təzahür etdi... Məlum oldu ki, ölkəyə cavabdeh qurum və şəxslər neftdən gələn dollarları ofşor hesablarını şişirtmək, kənarda daşınmaz əmlaka yatırmaq, oralarda "ehtiyat aerodrom" hazırlamağa sərf ediblər. İqtisadiyyat və əhalinin dolanışığı birbaşa neft barrellərinə bağlanıbmış.

Bunu biz müxaliflər bilir, yanlış olduğunu tez-tez səsləndirirdik. Lakin beynəlxalq ictimaiyyəti müəyyən üsullarla ələ almış, cəmiyyəti qıpıq etmiş, əhalisi ilə zopa dilində danışan bacarıqsız iqtidarımız, bu illər ərzində içində olduğumuz acı mənzərəni formalaşdırıb.

Qarabağda bir addım belə irəliləməyən, 20-25 illik bioloji varislik üzərində qurulmuş komanda, gələcəkdə də ölkəyə fərqli bir tablo vəd etmir. Pul kasadlığında daxili ziddiyyətləri kəskinləşmiş hakim heyət, suda boğulanın reflektiv hərəkətlərinə bənzər cabalamaqla məşğuldur. Orta əsrlərdə qul əməyini nəzərdə tutan istehsal sahələrini bərpa etməyə, örüş yerlərini ləğv etmək bahasına pambıqçılığı genişləndirməyə, eybəcər, xalqa zidd pensiya hədləri müəyyən etməyə, yanacağın, kommunal xərclərin miqdarını artırmağa canı dildən girişib.

Bütün bunları yazmaqda məqsədim indi deyəcəklərimə əsas yaratmaqdır. "Xalq hakimiyyətinə bənzər" məntiqi doğrudur. Çünki övlad da adətən ailəsinə və dövranına bənzəyir. Hökümətimiz turizmi guya inkişaf etdirir. Üzündə nur əlaməti olmayan insanlar basıb ölkəni. Mənşəyi bilinməyən, simalarında intellektdən əlamət olmayan bu qara kütlə, mərkəzi küçələrimizi, istirahət mərkəzlərimizi işğal ediblər. Əksəriyyəti orta yaş qrupuna məxsus, bir çoxları saçı boyalı bu erkəklər ölkəmizə bir məqsədlə gəlirlər.

Müasir dünyada turizmin çoxcəhətli, peşə və intellekt tutumlu sahələri mövcuddur. Misal üçün, qardaş Türkiyədə tibb turizmi geniş inkişaf edib. Bir sıra Avropa vəAsiya ölkələrində təhsil məqsədli turizm turları və kampları geniş yayılıb. Biznes istiqamətli, tarixi, arxeoloji, mədəniyyət, ekstremal yönümlü turizm ixtisaslaşmaları da ciddi tələb sferalarındandır. Bütün bunlar normal dövlətlərdə bacarıqlı hökümətlərin marketinq və menecmenti nəticəsində ərsəyə gələn işlərdir.

Fərsiz hökümətlər isə seks turizmini inkişaf etdirir, ölkədə fahişəliyi stimullaşdırır. Fahişəliyin inkişafı üçün zatən də fərsizliyi ilə zəmin yaratmış hakimiyyət, səhra mədəniyyətinin daşıyıcılarını paytaxta və digər məkanlarımıza daşımaqla neft dollarlarının yerini doldurmağa çalışır. Afərin YAP-ın iqtisadi fantaziyasına!!! YAP hakimiyyətinə qədər bizim insanlarımız iqtisadi çeviklikləri hesabına başqa ölkələrdə etdiklərini, indi bədəvilər gəlib gözümüzün qarşısında arvad-uşağın hamısına potensial şikarı kimi baxmaqla, həyasız baxış və münasibəti ilə ifadə edirlər.

Ən azı bu əməlinə görə YAP hakimiyyətdən getməlidir. Qarabağı düşmən tapdağında saxlamağı azmış kimi, ölkəni boya-boy seks turizmin oylağına çevirmək əxlaqımıza və mentalitetimizə vurulan sağalmaz fəsaddır.



Müəllifin bütün yazıları - Əli ƏLİYEV



Bölməyə aid digər xəbərlər
18-07-2017, 14:08 Əli ƏLİYEV - Fərsiz hökümət
15-03-2017, 12:07 Əli Əliyev - Paris nağılı
19-02-2017, 16:31 Əli Əliyev - Qisas haqqı
18-01-2017, 18:26 Əli Əliyev - Lavrovu qınamayın

bütün xəbərlər