Son 28 gündə dünyada COVID-19-a yoluxma 63 faiz artıb
Tarix: 23-08-2023 13:35 | Bölmə: Cəmiyyət
Son 28 gündə dünyada COVID-19-a yoluxma 63 faiz artıb

Ümumdünya Səhiyyə Təşkilatı son 28 gündə dünyada COVID-19 hadisələrinin 63 faiz artdığını bildirib.

Reyting.az
xəbər verir ki, bu barədə ÜST-nin həftəlik epidemioloji hesabatında deyilir.

Qeyd edilib ki, iyulun 17-dən avqustun 13-dək 1,4 milyon yoluxma halı qeydə alınıb.

Əlavə edək ki, yaranmış vəziyyətlə əlaqədar artıq Bayden administrasiyası amerikalıları COVID-ə qarşı peyvənd olmağa çağırıb.

"Kaliforniya, Nyu-York və Corciya məcburi maska rejimi tətbiq etməyə başlayır”, - deyə ABŞ mediasının yaydığı məlumatda deyilir.(APA)




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:18 Sabah yağış yağacaq
Dünən, 12:35 Sabah yağış yağacaq
23-04-2025, 12:45 Sabah yağış yağacaq
23-04-2025, 09:51 Çaylarda sululuq artıb