18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dövlət qurumları kibertəhlükəsizliyə əhəmiyyət vermir - Forum prezidenti
Tarix: 24-08-2023 10:11 | Bölmə: Cəmiyyət
Dövlət qurumları kibertəhlükəsizliyə əhəmiyyət vermir

"Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Azərbaycanda ilk dəfə kibertəhlükəsizliklə əlaqəli CIDC-2023 (Critical Infrastructure Defence Challange) tədbirləri təşkil edəcək. Tədbilər çərçivəsində "Kibermüharibə yarışı", kiberhəllər sərgisi, konfrans, “Hack The Future” proqramı üzrə təlimlər və s. təşkil olunacaq. Kibermüharibə yarışı isə ölkədə ilk dəfə kiberhücumların simulyasiyası ilə keçiriləcək virtual müharibə yarışıdır".

Reyting.az
-ın məlumatına görə, bunu İnternet Forumun prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, bu tədbirlər kritik infrastruktura daxil olan, daha böyük dövlət və özəl sektoru, onların informasiya təhlükəsizliyi (İT) komandaları üçün çox mühüm əhəmiyyət kəsb edir.

O. Gündüz əlavə edib ki, bu tədbirdə iştirak üçün qeydiyyatdan keçənlərin siyahısında sahə və kritik infrastruktur üzrə vacib olan nəhəng qurumların bir çoxu görünmür.

İnternet Forumun prezidenti qeyd edib ki, kritik infrastruktur üçün vacib hesab oluna biləcək dövlət qurumlarının - XİN, DİN, DSX, Mədəniyyət Nazirliyi, ASAN Xidmət, Müdafiə Sənayesi Nazirliyi, Gənclər və İdman Nazirliyi, AZAL, ADY, DİM, MİDA, Energetika Nazirliyi, ABB, böyük şirkətlər, İT ixtisaslı universitetlər və başqalarının İT komandaları Kibermüharibə yarışına qatılmayıb.

O. Gündüz sonda sual verib ki, görəsən, bu qurumların rəhbərləri İT komandalarının bu tip çox əhəmiyyətli bir platformaya diqqətsizliyini necə izah edə bilərlər?

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər