19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
24 yaşlı qadını boğaraq öldürən şəxsin işi məhkəməyə göndərilib
Tarix: 25-08-2023 10:57 | Bölmə: Cəmiyyət
24 yaşlı qadını boğaraq öldürən şəxsin işi məhkəməyə göndərilib

Mayın 13-də Xızı rayon sakini 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Reyting.az
xəbər verir ki, ibtidai istintaqla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun rayonun Giləzi qəsəbəsində yerləşən evlərin birində aralarında yaranmış mübahisə zamanı qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Taleh Qurbanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.




Bölməyə aid digər xəbərlər