Direktor vəzifədən çıxarılıb
Tarix: 13-09-2023 14:57 | Bölmə: Cəmiyyət
Direktor vəzifədən çıxarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin direktoru işdən çıxarılıb.

Məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Eyvazov Şaban Hümmət oğlu Respublika Reabilitasiya Mərkəzinin direktoru vəzifəsindən azad olunub.

O, daha kiçik vəzifəyə - Suraxanı rayon, Yeni Günəşli qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqların tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirən 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Əldə etdiyimiz məlumata görə, Şaban Eyvazovun vəzifəsindən azad olunmasının səbəbi aparılan yoxlama zamanı Respublika Reabilitasiya Mərkəzinin fəaliyyətində ciddi nöqsanların aşkarlanması olub(Qaynarinfo).




Bölməyə aid digər xəbərlər
11-10-2024, 12:49 Sabah yağış yağacaq
10-10-2024, 12:47 Sabah yağış yağacaq
8-10-2024, 12:35 Sabah yağış yağacaq

{sape_links}{sape_article}