Ərdoğan Azərbaycan vətəndaşlarının da türk diasporuna daxil edilməsini istəyir
Tarix: 15-09-2023 18:56 | Bölmə: Cəmiyyət
Ərdoğan Azərbaycan vətəndaşlarının da türk diasporuna daxil edilməsini istəyir

“Türkiyənin ən qatı düşmənləri də artıq ölkəmizi görməzlikdən gələ bilməz və iqtisadiyyatımızın üzərinə qara buludlar salmaq cəhdlərində uğur qazana bilməzlər”. Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Ərdoğan deyib.

Ərdoğan bildirib ki, türk diasporunu təşkil edən digər ölkələrdə yaşayan, işləyən və təhsil alan türk əsilli insanların sayı 8 milyon nəfərə çatır:

“Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, o cümlədən Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Macarıstan vətəndaşları diasporumuzun sıralarına cəlb edilməlidir”.

Türkiyə prezidenti bu siyahıya Kiprin şimal hissəsində yaşayan türklərin də daxil edilməsini istəyir.

“Biz Qərbi Trakyada, Balkanlarda yaşayan soydaşlarımızı, Qafqazın digər qardaş icmalarını, İslam dünyasının nümayəndələrini və onların diasporunu da unutmamalıyıq”, - deyə Türkiyə prezidenti əlavə edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}