21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

BNM saxta xəbərlərlə mübarizəyə həsr olunmuş 4 sosial çarx hazırlayıb
Tarix: 21-09-2023 11:22 | Bölmə: Cəmiyyət

"Bakı Natiqlik Məktəbi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən "Vətəndaş cəmiyyəti və media nümayəndələri üçün saxta xəbərlərlə mübarizənin aparılması" layihəsi çərçivəsində dörd sosial çarx hazırlayıb.
Sözügedən sosial çarxları və saxta xəbərlərlə mübarizəyə həsr olunmuş məqaləni təqdim edirik: Sosial mediada "Cəhrə arvad" fenomeni Müasir dövrdə informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və elə bu sürətlə də həyatımıza müsbət yeniliklərlə yanaşı, çoxsaylı problemlər gətirir. Belə problemlərdən biri də "feyknyus" adlandırdığımız saxta xəbərlərdir.
Saxta xəbərlər, əsasən iki kateqoriyaya bölünür: Dezinformasiya və misinformasiya Dezinformasiya qəsdən zərər vermək məqsədilə yaradılan məlumatlar və ya hekayələrdir. Misinformasiyalar isə, bir qayda olaraq, qəsdən zərər vurmaq niyyətilə yaradılmır.
Misinformasiyaların yaradılmasında fərdlərin təxəyyülündən qaynaqlanan, emosional təsir gücünə malik, yanlış məlumatlar əsasında uydurulan hekayələr yer alır. Amma son nəticədə, həm dezinformasiya, həm də misinformasiyalar ictimai rəydə yanlış təsəvvürlərin formalaşmasına xidmət edir.
Nümunə üçün Bakıda baş verən sonuncu zəlzələ zamanı yayılan məlumatlara diqqət yetirək: Rəsmi məlumatlar və peşəkar ekspertlərin münasibəti gecikdiyi üçün, əsasən sosial şəbəkələrdə dezinformasiyalar ön sıraya çıxdı. Etibarlı mənbələrə istinadən yayılan informasiyaların gecikməsi ictimai rəydə ajiotaj yaratmaq, cəmiyyəti xaosa sürükləmək istəyən dairələrin, o cümlədən Ermənistan və İran kimi ölkələrin işinə qismən də olsa yaradı. Əhali küçələrə çıxmağa çağırıldı, səhərə yaxın Bakıda 7 bal gücündə zəlzələnin olacağı bildirildi.
Dezinformasiyaların emosional təsirin gücünün artırılaması üçün başqa ölkələrdə baş verən dağıdıcı zəlzələləri əks etdirən videomateriallardan, həyacanverici müsiqidən, dini mahnılardan, mərsiyələrdən istifadə olundu. Qısa müddət ərzində çoxsaylı sosial media hesabları yaradıldı, botlar, proqram bitləri vasitəsilə yayılan saxta xəbərlərin, onların inandırıcılığını gücləndirmək üçün baxış və paylaşım sayı artırıldı. Və nəticədə dezinformasiyalar, qismən də olsa öz işini gördü, həyacanlı xəbərlərin emosional təsiri altına düşən sosial şəbəkə istifadəçiləri də, humanizm mahiyyətli, amma feyk xəbərlərdən qaynaqlanan statuslar paylaşmağa başladılar. Və beləliklə, həqiqətlə yalan arasındakı sərhədlər götürüldü, ağı qaradan seçmək çətinləşdi. Bəs sosial mediada, internet resurslarda saxta, yaxud yalan məlumatlar necə yayılır və necə olur ki, hətta peşəkar media resursları belə saxta xəbər istehsalçılarının toruna düşürlər?
"Feyk şəbəkələri" Feyk xəbərlərin, saxta hekayələrin ən çox yayıldığı məkan, şübhəsiz ki, sosial şəbəkələrdir. Sosial şəbəkələrdə təbliğat, dezinformasiya, dərin və bəsit feyk xəbərlər, həmçinin digər manipulyasiya vasitələri üstünlük təşkil edir. Və burada saxta, yaxud yalan məlumatlar bir qayda olaraq belə yayılır: Təbliğatçı, fanat, yaxud dələduz öz ideoloji baxışlarına və ya maraqlarına uyğun hər hansı bir hekayəni uydurur, bu hekayənin media resurslarında, sosial şəbəkələrdə yerləşdirilməsinə nail olur. İzləyicilər, bu hekayənin emosional yükünü, yaxud sensassiya xarakterli məzmunu nəzərə alaraq, onu öz səhifələrində və ya kanallarında paylaşırlar. Paylaşımların sayının çoxluğunu müşahidə edən kütləvi informasiya vasitələri də bəzən bu axına düşərək, baxış saylarını artırmaq üçün feyk hekayəni "insanlar bu barədə danışır, yaxud yazır" kimi təqdim edirlər. Beləliklə, müəyyən zaman kəsiyində ilkin mənbə çoxlarının yadına düşmür və "sensassiya" xarakterli xəbəri, yaxud "emosional" təsir gücü çox olan hekayəni daha tez yayımlamaq, paylaşmaq həvəsi peşəkar yanaşma borcunu arxa plana keçirir. Müəyyən bir vaxtdan sonra, ilkin mənbəni araşdıran peşəkar media resursları təkzib yayır, yaxud abunəçilərinə, müstəsna hallarda isə oxucularına üzrxahlıq məktubları göndərirlər. Lakin artıq gec olur və çoxlu sayda insan, xəbərin, hekayənin etibarlı mənbələrdən əldə edildiyini düşünərək saxta xəbərin, hekayənin hədəfinə çevrilir. Siz bu dalğani, tamamilə dayandırmağı bacarmasanız da, onun bir parçasına çevrilməyə bilərsiniz. Bunun üçün paylaşacağınız istənilən xəbərin, yaxud hekayənin ilkin mənbəyini, haradan əldə edildiyini araşdırmaq lazımdır.
Siz başqalarının nə üçün məsuliyyətsiz olduğu barədə düşünməyə, yaxud bu barədə danışmağa vaxt sərf etməyin, sadəcə məsuliyyətli olun və sizin məsuliyyətiniz saxta xəbərlərin təsiri altına düşə biləcək yüzlərlə insanın informasiya təhlükəsizliyini təmin edə bilər. Bəs belə vəziyyətlərdə həqiqəti yalandan, ağı qaradan seçmək üçün nə etmək lazımdır?
Rasional təhlil Dezinformasiya və təbliğatın, xüsusilə də saxta xəbərlərin qurbanına çevrilmək istəməyən insanları düşündürən bir əsas məqam var: Bəbərin, yaxud hekayənin saxta olduğunu necə müəyyənləşdirmək olar? Bunun üçün ilk növbədə mənbəni müəyyənləşdirməyə çalışın. Xəbəri yayan resursun səhifəsinə daxil olun, resurs və onun idarəçiləri, yerləşdiyi ünvan və əlaqə vasitələri ilə bağlı məlumatlarla tanış olun. Əgər bütün bunlar yoxdursa və yaxud həqiqiliyi şübhə yaradırsa, o zaman resursun bir və yaxud bir neçə saxta xəbər yaymaq üçün yaradıldığına əmin ola bilərsiniz. Xəbərin və ya hekayənin müəllifinin kimliyini qiymətləndirin, daha öncə yazdığı yazılara diqqət yetirin. Müəllif haqqında axtarış verin, həmin şəxsin reallıqda mövcud olub olmadığına aydınlıq gətirin. Reputasiyasını və mövzu haqqında bilgisini dəyərləndirin. Eyni xəbərin nüfuzlu internet resurslarında yayılıb-yayılmadığını, ilkin mənbənin nə dərəcədə etibarlı olduğunu müəyyən edin. Əksər feyk xəbərlərin emosional yükü bir qayda olaraq xəbər yükündən çox olur. Xəbərin hədəfini, hansı məqsədlə yazıldığını müəyyənləşdirməyə cəhd göstərin və emosional yükü çox olan, sizi qıcıqlandıran bütün xəbərlərə şübhə ilə yanaşın. Faktları yoxlayın. Xəbərdə yer alan statistik göstəricilərə, tarixlərə nəzər salın.
Statistik göstəricilər və ölçülə bilən, rəqəmlərlə ifadə olunan məlumatlarla bağlı internet resurslarında axtarış aparmaq daha asandır. Xəbərdə və hekayədə istifadə olunan fotoşəkillərin həqiqiliyini yoxlayın. Bir də unutmayın, saxta məlumatlar onlara inananların sayəsində yayılır və siz bu lənətlənmiş həlqəni qıra bilənlərdən biri ola bilərsiniz. Saxta xəbərləri dayandırmağın yeganə yolu məlumatı rasional təhlil etməyi öyrənməkdən keçir. Nəticə Sosial şəbəkələrdə yayılan saxta xəbərlərin, yaxud hekayələrin əhəmiyyətli hissəsi, XIX əsrin sonlarında, XX əsrin əvvəllərində olduğu kimi boşboğazlıqdan, özünü məlumatlı göstərmək, ağıllı görünmək istəyindən və ya təfriqə salmaq, ara vurmaq niyyətindən qaynaqlanır.
Hələ XX əsrin əvvəllərində Üzeyir Hacıbəyov "Molla Nəsrəddin" jurnalında dərc olunan felyotonlarından birində yazırdı: "Boşboğazlar camaatın işinə zərər vuran bir para biməni vücudlardır ki, özlərinin əllərindən heç bir şey gəlmir, bişüurdurlar, bivecdirlər və bununla belə həsuddurlar, xaindilər".
Son 100-150 il ərzində çox şey dəyişib, amma təəssüf ki, dəyişməyən nəsnələr də var. Eynilə rəhmətlik Üzeyir bəyin liberettosu əsasında çəkilən "O olmasın, bu olsun" filminin personajları kimi… … "Qizin iki adaxlısı var"… Şübhə etmirəm ki, əgər filmin məhz bu hissəsinin davamı çəkilsəydi, o zaman xəbəri ilkin mənbədən – hambaldan alan personajlar, bu barədə başqalarına danışanda qızın 3, yaxud 4 adaxlısı var deyəcəkdilər. Əslində, bu gün, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir zaman kəsiyində, xüsusilə də sosial şəbəkələrin Azərbaycan seqmentində "O olmasın, bu olsun" filmində təqdim olunan şaiyə texnologiyasından kənarda heç nə baş vermir. Sadəcə informasiyanın sürəti artıb, hambalları, məşədi, kərbəlayi və hacıları, qoçu və qoçu köməkçilərini, kəsəsi, bivec və bişüur adamları sosial şəbəkələrdəki profillər arxasında dayanan Cəhrə arvadlar əvəz edir. …Təsəvür edin, indi sosial şəbəkələrdə bir Cəhrə arvadın onlarla hesabı var. Mən hələ Cəhrə arvadların botlarından, trollarından danışmıram. Bu günün prizmasından yanaşanda, böyük sənətkarımız Nəsibə Zeynalovanın "Aktrisanın təbəssümü" filmində yaratdığı "Cəhrə arvad" müasir dövrdə sosial şəbəkələrdə saxta hekayə və şaiyə yayanların, məsuliyyət hissini itirmiş boşboğazların ümumiləşdirilmiş obrazıdır. Amma Cəhrə arvaddan fərqli olaraq, bəzən onları "cin deyil" "Con" vurur, yaxud Maykl… Zənnimcə, bunun elə də böyük fərqi yoxdur.
Sosial şəbəkələr, əslində düşüncəmizdəki, içimizdəki natamamlıqların aynada əks olunan görüntüləridir. Aynanı yox, təfəkkürümüzdəki naqislikləri sındırmaq lazımdır. Sabirin təbirincə desək: Niyə bəs böylə qaraldırsan a qare, gözünü, Yoxsa bu ayinədə əyri görürsən özünü.
Elçin Mirzəbəyli
Əməkdar jurnalist
Sosial çarxları təqdim edirik:
Birinci sosial çarx:
İkinci sosial çarx:
Üçüncü sosial çarx:
Dördüncü sosial çarx:
Qeyd edək ki, 3 ay davam edən layihəyə sentyabrın 30-da yekun vurulacaq.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:52
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
Bu gün, 16:32
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Bu gün, 15:40
Bakıda iş yerində yıxılan qadın ölüb
Bu gün, 15:33
Beyləqanda ər arvadını bıçaqlayıb
Bu gün, 15:04
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
Bu gün, 13:09
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
Bu gün, 12:47
Sabah yağış yağacaq
Bu gün, 12:24
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
Dünən, 16:02
Bakı metrosunda iş rejimi uzadılıb
Dünən, 15:30
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
Dünən, 13:44
"Azərpoçt"un adından saxta mesajlar yayılır
Dünən, 12:47
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
Dünən, 12:18
Daşkəsən sakini 12 kq narkotiklə tutulub
16-09-2025, 21:03
Sumqayıtda yaşayış binasında yanğın olub
16-09-2025, 17:08
Sabah leysan yağacaq - Xəbərdarlıq
16-09-2025, 16:35
Zaqatala sakini bağında döyülüb
16-09-2025, 13:27
Sabah yağış yağacaq
16-09-2025, 12:39
“Qərbi Azərbaycanın Səsi”nin əhəmiyyəti hiss olunur
16-09-2025, 12:05
Məleykə Abbaszadə: "İmtahanlarda ən aşağı nəticə coğrafiya və kimya fənləri üzrədir"
16-09-2025, 10:05
Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır
16-09-2025, 09:49
Biləsuvar sakini 6 kq narkotiklə saxlanılıb
16-09-2025, 09:40
Feldşer Müdafiə Nazirliyini məhkəməyə verib
16-09-2025, 08:06
Dini liderlər Astanada toplaşıb
15-09-2025, 16:52
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
15-09-2025, 16:39
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
15-09-2025, 15:00
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
15-09-2025, 13:13
Masazırda 57 yaşlı kişini "tok" vurub
15-09-2025, 12:58
Sabah yağış yağacaq - Proqnoz
15-09-2025, 10:28
Sabirabadda 42 yaşlı şəxs qətlə yetirilib
15-09-2025, 09:14
Məşhur media şirkəti "Google"-ni məhkəməyə verib
15-09-2025, 08:13
Çində uçan naməlum obyekt vurulub?
14-09-2025, 13:22
Sabah yağış yağacaq
13-09-2025, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
12-09-2025, 18:29
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
12-09-2025, 17:23
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
12-09-2025, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
12-09-2025, 14:35
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
12-09-2025, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
12-09-2025, 12:53
Sabah yağış yağacaq
12-09-2025, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
12-09-2025, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
12-09-2025, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
12-09-2025, 00:55
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb