16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sabah 27 dərəcə isti gözlənilir
Tarix: 22-10-2018 13:21 | Bölmə: Cəmiyyət
Sabah 27 dərəcə isti gözlənilir

Oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Reyting.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, səhər bəzi yerlərdə duman olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın hərarətinin Abşeron yarımadasında gecə 12-15, gündüz 21-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın hərarəti gecə 12-17, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 15-20 isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}