14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Eldar Mahmudovun iş ortağının məhkəməsi qapalı keçiriləcək
Tarix: 24-10-2018 17:25 | Bölmə: Cəmiyyət
Eldar Mahmudovun iş ortağının məhkəməsi qapalı keçiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin qapalı keçirilməsinə qərar verilib.

Daha sonra jurnalistlər zaldan çıxarılıb.

Hazırda proses davam etdirilir.

İttiham aktına əsasən, S.Ağayev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə günahlandırılır. O, 30 milyon manat pulu mənimsəməkdə təqsirli bilinir.

Xatırladaq ki, S.Ağayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun iş ortaqlarından biri olub.

Mətbuatda yer alan məlumatlara görə, S.Ağayev Qazaxıstanda saxlanılaraq Bakıya gətirilib.

Bu cinayət işi üzrə E.Mahmudov istintaqda şahid qismində ifadə verib.(Report)




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:47 Sabah yağış yağacaq
16-09-2025, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq