Toy qan gölünə çevrilib: bəy anası və gəlin də daxil olmaqla 4 nəfəri öldürüb - Fotolar
Tarix: 28-11-2023 15:20 | Bölmə: Cəmiyyət
Toy qan gölünə çevrilib: bəy anası və gəlin də daxil olmaqla 4 nəfəri öldürüb

Son günlərin ən dəhşətli hadisələrindən biri turizm ölkəsi olan Taylandda baş verib.

Reyting.az
-ın xəbərinə görə, 71 milyon əhalisi olan ölkədə toyda baş verən əvvəlcə yerli mətbuatda, sonra isə dünya mətbuatında əks-səda doğurub.

Tayland mətbuat yazır ki, hadisəni Çaturonq Suksuk adlı bəy sərxoş olanda törədib.



29 yaşlı bəy toy zamanı həyat yoldaşı ilə mübahisə etdikdən sonra spirtli içkinin təsiri altında sanki dəli olub. Qəzəbli bəy şəxsi avtomobilinə minib və əlində silahla qayıdaraq qarşısına çıxan hər kəsə atəş açıb. Bəy 24 yaşlı gəlin də daxil olmaqla 4 nəfəri öldürüb və son gülləni özünə vurub.

Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə təsadüfi atəş açan bəy 62 yaşlı anası və 38 yaşlı qardaşını qətlə yetirib. İkisi yüngül, biri ağır olmaqla üç nəfər yaralansa da, ağır yaralanan yaşlı xəstəxanada dünyasını dəyişib.

Polisin verdiyi açıqlamada bildirilir ki, cütlük evlənmək qərarı verməzdən əvvəl 3 il birlikdə olub.

Bəyin ailə üzvlərinin verdiyi açıqlamaya görə, gənc oğlanla gəlin arasında yaş fərqi olduğundan özünə inam problemi yaşadığı bildirilsə də, polis bunu təkzib edib.



ELÇİN




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}