14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ukraynada sovet abidələri ilə bağlı qalmaqal yaranıb
Tarix: 02-12-2023 09:21 | Bölmə: Cəmiyyət
Ukraynada sovet abidələri ilə bağlı qalmaqal yaranıb

Ukraynanın qərbində iki kəndin sakinləri sovet əsgərlərinin abidələrinin sökülməsinə qarşı çıxıblar.

Reyting.az
xəbər verir ki, bu barədə İvano-Frankivskidəki Bandera adına Azadlıq Mübarizəsinin Regional Muzeyinin direktoru Yaroslav Koretçuk “Facebook”-da bildirib.

Koretçuk qeyd edib ki, İvano-Frankivsk vilayətinin Zaqorye-Kukolnitskoye və Kinaşev kəndlərinin sakinləri abidələrin sökülməsinə etiraz etdikdən sonra qalmaqal daha da qızışıb.

Xatırladaq ki, noyabrın 10-da Ukrayna hökuməti Rusiya ilə bağlı bir çox abidəni mədəni irs reyestrindən çıxarıb. Beləliklə, ölkə İzmaildə Aleksandr Suvorovun, Xersonda (Kiyevin nəzarətində olan hissədə) admiral Fedor Uşakovun və bir çox başqalarının abidələrinin sökülməsinə icazə verib. Noyabrın 15-də isə Kiyevdə rus şairi Aleksandr Puşkinin abidəsi sökülüb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}