Sumqayıtda dəm qazından daha bir nəfər ölüb - Zəhərlənənlər var (Yenilənib)
Tarix: 16-01-2024 18:25 | Bölmə: Cəmiyyət
Sumqayıtda dəm qazından daha bir nəfər ölüb - Zəhərlənənlər var (Yenilənib)

Sumqayıtda 1 ailənin 4 üzvü dəm qazından zəhərlənib, 1 nəfər ölüb.

Reyting.az
xəbər verir ki, hadisə Ceyranabatan qəsəbəsi BTZ bağları ərazisində baş verib.

Ölən və zəhərlənın şəxlərin şəxsiyyəti dəqiqləşdirilir(Report)

***

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün zəhərlənməsi barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

Reyting.az
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, onlardan bir nəfərin 1958-ci il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

İkisi böyük olmaqla - 1958, 1999-cu il (qadın cinsli) təvəllüdlü şəxslər karbon oksidin (dəm qazının) toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Eyni diaqnozla 2020, 2022-ci il təvəllüdlü azyaşlılar (qadın cinsli) isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}