18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Nazirlikdə yeni təyinatlar olub
Tarix: 17-01-2024 14:26 | Bölmə: Cəmiyyət
Nazirlikdə yeni təyinatlar olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinatlar olub.

Reyting.a
z xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, Ramik Əşrəfov Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

R.Əşrəfov bu təyinatadək “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışıb.

O, ixtisasca meşə təsərrüfatı mühəndisidir, Voronej Meşə Texnologiyası İnstitutunda meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsil alıb. 1988-ci ildən bu günədək meşə təsərrüfatı və ekologiya sahəsində müxtəlif vəzifələrdə çalışıb.

Bununla yanaşı, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsinə də yeni təyinat olub: "Bu vəzifə ASC-nin sədr müavini işləyən Cavid Abdullayevə həvalə olunub. C.Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləyib. 2022-ci ildən bugünədək ASC- də sədr müavini olub".




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}