20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Mafiya ilə bağlı araşdırma aparan prokuror öldürülüb
Tarix: 18-01-2024 18:12 | Bölmə: Cəmiyyət
Mafiya ilə bağlı araşdırma aparan prokuror öldürülüb

Keçən həftə Ekvadorda televiziya studiyasına edilən basqının araşdırılmasına cavabdeh olan prokuror Sezar Zuarez qətlə yetirilib.

Reyting.az
xəbər verir ki, ölkənin baş prokuroru Diana Salazar Zuaresin Quayakildə güllələnərək öldürüldüyünü açıqlayıb.

“Mütəşəkkil cinayətkarlıqla mübarizədə bir həmkarımızı itirdiyimiz üçün kədərlənməmək mümkün deyil. Biz onun naminə ölkə adına, ədalət naminə möhkəm dayanacağıq. İşiniz üçün təşəkkür edirik Sezar, rahat yat”,- Baş prokuror deyib.

Xatırladaq ki, Sezar ölümündən bir gün əvvəl mediaya verdiyi açıqlamada televiziyaya basqından sonra saxlanılan 13 nəfəri sorğu-sual etsə də, ona polis tərəfindən mühafizəçi verilmədiyini bildirib.

Qeyd edək ki, ötən həftə televiziya kanalının canlı yayımına basqın edən maskalı və silahlı şəxslər televiziya əməkdaşlarını girov götürmüşdü.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər