13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Yevlaxda əməliyyat: saxlanılanlar var - Fotolar
Tarix: 22-01-2024 13:11 | Bölmə: Cəmiyyət
Yevlaxda əməliyyat: saxlanılanlar var

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Taleh Bərxudarov saxlanılaraq şöbəyə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a bildirilib ki, onun üzərində aparılan müvafiq axtarış zamanı əlindəki sintetik torbadan 1 ədəd "Kalaşnikov-AK74" markalı avtomat, həmin silaha məxsus daraq və 3 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, Polis əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Yevlax rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 10 nəfər saxlanılıb.

Onlardan ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.





Bölməyə aid digər xəbərlər
Dünən, 13:06 Sabah yağış yağacaq
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb